Son günlər yol deformasiyalarının yaranmasına səbəb nədir? - VİDEO

Son günlər müşahidə olunan yol deformasiyaları sürücülərin narazılığına səbəb olub.
Avtosfer.az xəbər verir ki, xüsusilə Zabratdan Balaxanı istiqamətinə dönən yolda yaranan iri və dərin çuxurlar avtomobillərin hərəkətini xeyli çətinləşdirir.
Sürücülərin sözlərinə görə, yol örtüyü uzun müddətdir ki, təmir olunmur və yağışlı hava şəraiti ilə birlikdə vəziyyət daha da pisləşib. Çuxurların dərinliyi və genişliyi o qədər artıb ki, sürücülər avtomobillərinin alt hissəsinin zədələndiyini, təkərlərin sıradan çıxdığını bildirirlər.
Yolun əlverişsiz vəziyyəti səbəbindən sürücülər avtomobillərini təmirə aparmaq məcburiyyətində qalıblar.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, yoldakı vəziyyətdən xəbərdardırlar. Yaxın günlərdə orada təmir işlərinə başlanılacaq.
Daha ətraflı videomaterialda:
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...











