Sovet avtomobili Türkiyə benzinini necə işlədir? - Yanacağımız keyfiyyətsizdir

Avtosfer.az-ın rəhbəri Elməddin Muradlının benzinin keyfiyyəti ilə bağlı məqaləsi yadıma bir hadisəni saldı. Pandemiyadan əvvəl Avropa qurumları Ukraynada yanacağı keyfiyyətini yoxlayanda yumşaq desən şoka düşdülər. Berlində laboratoriyada sınaq zamanı məlum oldu ki 95 oktan adı ilıə satılan benzinin oktan ədədi 88-dən aşağıdır. Başqa sözlə, bu yanacaq Avro-2 normalı mühərrik bir yana dursun, heç sovet avtomobillərinə də yaramır.
Bu gün keçmiş Sovet ittifaqının hər yerinə benzinlə işləyən yük avtomobillərinə (QAZ, ZİL) rast gəlinir. Onların mühərriki 76 oktanlı (72 oktanlılar demək olar qalmayıb) benzinə hesablanıb. Bu benzinin isə istehsalı təxminən 10 il əvvəl dayanıb. Bəs bu maşınlar nə ilə hərəkət edir?
Yaşadığım ərazidə bu avtomobillər çox olduğundan sürücülərlə danışmaq imkanıb olub. Onlar da bildiriblər ki, 92 oktan benzinlə avtomobil normal işləyir. Bir yaşlı ZİL sürücüsü isə cavan vaxtı avtomobili maraq üçün 93 oktanlı benzinlə idarə etdiyi üçün başına gələn əhvalatı da xatırladı. Həmsöhbətim bildirdi ki, yüklü avtomobili təxminən 30 km sürdükdən sonra bütün porşenlər əriyib, silindrlər başlığı isə istidən əyilib. İndiki benzində isə belə hal olmur.
Şəxsən rastlaşdığım bir hadisə bizimlə qonşu ölkələrin yanacağı arasındakı fərqi aşkar şəkildə göstərdi. 2015-ci ildə sovet istehsalı olan “VAZ-2106” ilə Türkiyəyə gedərkən orada yanacaq doldurmalı olduq. Bir neçə kilometr hərəkət etdikdən sonra mühərrikin alışdırma bucağını (угол опережение зажигания) zavod nizamına qaytarmaq lazım gəldi. Avtomobilin həm sürətlənməsi yaxşılaşdı, həm də yanacaq sərfi kitabda göstərilən normaya düşdü (100 km-ə 6 litr). Ağdaşa qayıtdıqda səsboğandakı his də yarıbayarı azlmışdı. Detonasiyadan əsər-əlamət yox idi.
Bir neçə gün sonra yerli yanacağı işlətməyə başladıqda alışdırmanı irəli çəkməyə məcbur olduq. Sərfiyyat da alışma bucağı kimi irəli getdi – təxminən 100 km-ə 10 litr. Sürətlənmədə də hiss olunacaq gecikmə yarandı.
İndi hörmətli oxucu, “hərşeyyeyən” sovet avtomobilini hərəkətə gətirə bilməyən yanacaqla sənin 21-ci əsrdə istehsal olunmuş avtomobilin necə yerisin?
Vüqar Yaşaroğlu
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












