Sərxoş sürücü maşını kanala aşırdığı üçün özünü körpüdən atmaq istədi - VİDEO

Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, hadisə “Stansiya Sumqayıt” adlanan ərazidə qeydə alınıb. Belə ki, 33 yaşlı Səxavət Əbilov idarə etdiyi “KamAZ” markalı yük maşını ilə hərəkətdə olarkən idarəetməni itirib. Bu zaman nəqliyyat vasitəsi yoldan çıxaraq, Samur-Abşeron kanalına aşıb.
Qubadlı Rayon Polis Şöbəsinin “Stansiya Sumqayıt” yaşayış massivində yerləşən polis məntəqəsinin əməkdaşları sürücünü avtomobildən çıxarıb.
S.Əbilov hadisənin həyəcanından özünü körpüdən atmağa cəhd etsə də, polis əməkdaşları onun bu istəyinin qarşısını alıb.
Sürücünün sərxoş vəziyyətdə olduğu və yük maşınını icarə əsasında idarə etdiyi bildirilib.
Hadisə zamanı nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO











