Banner

Sürmək üçün etibarnamə ilə avtomobili başqasına vermək olarmı?

Yazarlar 30 Yanvar 2015 15:38 Oxunub 174583
Sürmək üçün etibarnamə ilə avtomobili başqasına vermək olarmı?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Mülkiyyətçi nəqliyyat vasitəsi barəsində sahiblik, istifadə və sərəncam hüququnu həyata keçirir

Son vaxtlar sürücülər tez-tez belə bir sual verirlər: yalnız sürmək üçün verilmiş etibarnaməsi olan şəxs özü avtomobildə olmaqla həmin avtomobili sürmək üçün başqasına verə bilərmi? “Ayıq sürücü” xidmətinin geniş yayılması bu suala xüsusi aktuallıq verir.

Məsələni hüquqi müstəvidə nəzərdən keçirək. 

Avtomobillərlə bağlı iki növ etibarnamə fərqləndirilir: 

1. Əksəriyyətimizin hələ də «baş etibarnamə» (generalnaya doverennost) adlandırdığımız və avtomobilə sərəncam hüququnu da ehtiva edən etibarnamə. Belə etibarnaməsi olan şəxs nəinki hamin avtomobili sürmək üçün başqasına verə bilər, hətta həmin avtomobili sata, bağışlaya, girov qoya bilər və s. 

2. Yalnız sürmək üçün verilmiş etibarnamə, yəni avtomobilə dair sərəncam hüququnu istisna edən etibarnamə.

Birinci növ etibarnamə ilə bağlı nə təcrübədə, nə də qanunvericilikdə heç bir problem və anlaşılmazlıq yoxdur. Hər kəs sərəncam hüququnu ehtiva edən etibarnamə əsasında sahiblik etdiyi avtomobili özü avtomobildə olmaq şərti ilə onu idarə etmək üçün sürücülük vəsiqəsi olan və sərxoş olmayan istənilən şəxsə verə bilər. Hətta belə etibarnaməsi olan şəxs başqasına etibarnamə verməklə özü olmadan da həmin avtomobili idarə etmək üçün ona verə bilər. 

İkinci növ etibarnamə ilə bağlı məsələdə isə təcrübədə problem var. Məlumdur ki, sadəcə sürmək üçün etibarnaməsi olan şəxs bu avtomobili özü də avtomobildə olmaqla başqa şəxsə sürmək üçün veribsə və DYP əməkdaşları bunu aşkar ediblərsə, belə şəxsi İnzibati Xətalar Məcəlləsinin 152.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edərək 40 manat cərimə edirlər. Səbəb kimi o göstərilir ki, yalnız sürmək üçün verilmiş etibarnamə şəxsin bu avtomobili başqasına idarə etmək üçün verməsini istisna edir. 

Bəri başdan qeyd edirəm ki, bu təcrübə doğru deyil və qanunvericiliyin mahiyyətinə ziddir.

Etibarnamənin verilməsi, etibarnamə üzrə səlahiyyətlərin keçməsi, etibarnamə əsasında verilmiş əşyaya (bizim mövzuda avtomobilə) sahiblik və başqa bu kimi məsələlər Mülki Məcəllə ilə tənzimlənir.

Nəqliyyat vasitəsinin yol hərəkətində iştirakı, onu idarə edən şəxsin bu nəqliyyat vasitəsinə dair sənədləri, habelə belə sənədlər olmadıqda məsuliyyət məsələsi isə “Yol hərəkəti haqqında” Qanunla və İnzibati Xətalar Məcəlləsi üzrə tənzimlənir. 

Həmin aktların konkret normalarına diqqət edək. 

Əvvəlcə “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin 1-ci hissəsi: Mexaniki nəqliyyat vasitəsinin sürücüsü ... fərdi nəqliyyat vasitəsinin SAHIBI OLMADIQDA, sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini ... özündə saxlamalıdır.

İnzibati Xətalar Məcəlləsinin 152.1-ci maddəsi: 152.1. Nəqliyyat vasitəsinə SAHIBLIK HÜQUQU OLAN ŞƏXSIN nəqliyyat vasitəsində olması halları istisna olmaqla nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə - qırx manat miqdarında cərimə edilir.

Göründüyü kimi, hər iki normada NƏQLIYYAT VASITƏSININ SAHIBINDƏN söhbət gedir. Bu normaların heç birində nəqliyyat vasitəsinin mülkiyyətçisinin adı çəkilmir. Həmin normaları birgə təhlil etdikdə aydın olur ki, nəqliyyat vasitəsinin sahibi nəqliyyat vasitəsindədirsə, həmin sahib bu nəqliyyat vasitəsini idarə etmək üçün müvafiq sürücülük vəsiqəsi olan və sərxoş olmayan istənilən şəxsə verə bilir. 

Bəs nəqliyyat vasitəsinin mülkiyyətçisi kimdir, sahibi kimdir? 

Nəqliyyat vasitəsinin mülkiyyətçisi adına qeydiyyat şəhadətnaməsi (çoxumuz bu sənədi hələ də “texpasport” kimi tanıyırıq) olan şəxsdir. O, həm fiziki şəxs, həm də hüquqi şəxs (idarə, müəssisə, təşkilat) ola bilər. Mülkiyyətçi nəqliyyat vasitəsi barəsində sahiblik, istifadə və sərəncam hüququnu həyata keçirir. 

Sahibliyin nəyi ehtiva etməsi ilə bağlı Mülki Məcəlləyə nəzər yetirək. Məcəllənin 152.2-ci maddəsi: Sahiblik hüququ - əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

Daha sonra bu Məcəllənin 159-cu maddəsi: Sahiblik əşyaya faktiki sahibliyə nail olmaqla əldə edilir.

Həmin Məcəllənin 163.1-ci maddəsi: Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktiki sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.

Mülki Məcəllənin bu normalarını birlikdə təhlil etdikdə aydın olur ki, nəqliyyat vasitəsini yalnız idarəetmə səlahiyyəti ilə əldə etmiş şəxs də onun həm faktiki, həm də hüquqi sahibidir. Mülki Məcəllənin bu müddəalarını “Yol hərəkəti haqqında” Qanunun və İnzibati Xətalar Məcəlləsinin yuxarıda istinad etdiyimiz müddəaları ilə birgə təfsir etdikdə isə çox aydın və mübahisəsiz bir nəticə çıxır: Nəqliyyat vasitəsini yalnız idarə etmək səlahiyyətini ehtiva edən etibarnamə ilə əldə etmiş şəxsin özü həmin nəqliyyat vasitəsində olmaqla bu nəqliyyat vasitəsini idarə etmək üçün müvafiq sürücülük vəsiqəsi olan və sərxoş olmayan istənilən şəxsə idarə etmək üçün verməsi yol hərəkəti qaydalarına uyğundur və heç bir hüquqi məsuliyyət yarada bilməz.

Düzdür, nəqliyyat vasitəsinə dair belə etibarnamədə “Həmin etibarnamə üzrə səlahiyyət başqa şəxsə verilə bilməz” qeydi olur. Əslində etibarnamənin həmin qeydi başlıca olaraq şəxsin həmin nəqliyyat vasitəsini başqasının sahibliyinə verməsini qadağan edir. Belə şəxsin özü avtomobildədirsə, deməli, həmin şəxs faktiki sahibliyini saxlayır. 

Digər tərəfdən, nəqliyyat vasitəsinin yol hərəkətində iştiraka buraxılması və onu idarə edən şəxsin hansı sənədlərə malik olması ilə bağlı məsələ yol hərəkətinə dair qanunvericiliyin tənzimləmə predmetidir. Bu qanunvericilik isə yuxarıda istinad etdiyimiz normalarda nəqliyyat vasitəsinin sahibinin nəqliyyat vasitəsində olması faktını yetərli sayır. Zahirən belə görünür ki, etibarnamənin həmin qeydi ilə “Yol hərəkəti haqqında” Qanunun və İnzibati Xətalar Məcəlləsinin yuxarıda istinad olunan müddəaları arasında ziddiyyət var. Amma belə ziddiyyət olsa da, bu məsələdə üstünlük “Yol hərəkəti haqqında” Qanunun və İnzibati Xətalar Məcəlləsinin həmin normalarına verilməlidir.

Bu məsələdə başqa bir maraqlı və həlledici məqam var. Mülki Məcəllənin 364.1-ci maddəsində deyilir ki, etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər. 

Məlumdur ki, bəhs etdiyimiz vəziyyət (yalnız idarə etmək səlahiyyətini ehtiva edən etibarnaməsi olan şəxsin özü həmin nəqliyyat vasitəsində olmaqla bu nəqliyyat vasitəsini idarə etmək üçün başqa şəxsə idarə etmək üçün verməsi) əsasən iki halda yaranır: adına etibarnamə olan şəxs sərxoşdur və ya yorğundur (xəstədir və s.), ona görə də avtomobili özü idarə edə bilmir. “Yol hərəkəti haqqında” Qanun belə vəziyyətdə olan şəxsə avtomobil idarə etməyi qadağan edir. Özü də ona görə qadağan edir ki, həmin şəxsin bu vəziyyətdə avtomobili idarə etməsi potensial qəzaya, yəni avtomobilin mülkiyyətçisini maddi ziyana sala biləcək hadisəyə səbəb ola bilər. Bu isə tam olaraq Mülki Məcəllənin 364.1-ci maddəsində qeyd olunan haldır. Yəni belə vəziyyətdə olan şəxsin nəqliyyat vasitəsini idarə etmək üçün başqasına verməsi etibarnaməni vermiş mülkiyyətçinin də mənafelərinin qorunmasına xidmət edir, onu mümkün qəzadan və bunun nəticəsində ziyandan sığortalamış olur.

Beləliklə, avtomobili yalnız idarə etmək səlahiyyətini ehtiva edən etibarnamə ilə əldə etmiş şəxsin özü həmin avtomobildə olmaqla bu avtomobili müvafiq sürücülük vəsiqəsi olan və sərxoş olmayan istənilən başqa şəxsin idarə etməsi tam olaraq yol hərəkəti qaydalarına uyğundur və heç bir hüquqi məsuliyyət yarada bilməz.

 

Ərşad Hüseynov,

hüquqşünas

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Veys 2 Oktyabr 2022 12:02
Salam Avtomobil atamin adinadi.Eyni unvanda yasayiriq.men hemin avtomobili etibarnamesiz idare ede bilerem?
Kamil 21 Sentyabr 2020 20:44
Avtamobili idare etmek ucun
Mahir 31 Avqust 2020 09:07
Davernus bitib yiyesi xacmaz xudatda yasayir onun eleqa nomresin tapmaq isdiyirem karantine gore gede bilmirem nece tapa bilerem
Rasif 10 İyul 2020 16:28
Salam menim maşınım atamın adındadı men sure bilerem
Nizami 10 İyul 2020 16:24
Agsu
Afaq 26 İyun 2020 15:57
Salam.qardas qardasinin adina olan masini etibarnamesiz sure biler?
Kərim 23 May 2020 09:23
Salam men atamin masinini etibarnamesiz sure bilerem
Kərim 23 May 2020 09:23
Salam men atamin masinini etibarnamesiz sure bilerem
ELMİR Ahmedov 16 Aprel 2020 22:47
men avtomobilimi adima tekspasportla cevrmek isteyirem amma virusla bagli yolar baglidir davernusun vaxti mayin 14 bitir bunula bagli dovletin bir guzesti olacaqmi
Xeyale 21 Mart 2020 03:00
Ve bir de... Avtomobilin qeydiyyat sehadetnamesini de tapa bilmirik. Bunun ucun de surmek mumkunsuzdu. Itirilmis sehadetnameni nece bes men adima verilmis mulki etibarname ile ala bilerem
Xeyale 21 Mart 2020 02:57
Salam. Menim bele bir sualim olacaq. Cox xahis edirem cavablandirasiniz. Atamin adindan mene verilmis natariat tesdiqli 10 illik mulki etibarname var. Tek avtomobil deyil. Umumi mulke aid etibarname Ve atam hal hazirda xaricdedir isle elaqeli. Yaxin zamanda gele bilmeyecek. Atamin adinda olan avtomobili oz adima kecire bilerem mulki etibarname ile Yoxsa xaricden ne ise sened gondermelidir Ve bir sualim daha var. Mulki etibarnameni evde hara qoymuwuqsa tapa bilmirik. Aldigimiz Asan xidmete yaxinlasib tekrar ala bilerem nusxesini Cox xahis edirem cavab yazin.
Simran 19 Mart 2020 10:53
Salam Masin atamın oz adinadı men masini etibarnamesiz sure bilerem
Saiq 13 Fevral 2020 18:15
Baki
Tagi 26 Noyabr 2019 20:09
Salam menim bir mawinim var evelki sahibini tapa bilmirem davernus almaq ucun komekdarliq ede bilersiz. Salam. Polisə müraciət etmək lazımdır
Vusal. 29 May 2019 13:52
Salaam mende genralni davernus var. Atam sure bilermi
Rashad 14 Aprel 2019 01:57
Salam,Men avtomobili etibarname ile almisam ve ele de bir muddet surmusem. Senedleri tesadufen yoxlayarken artiq etibarnamenin vaxtinin bitdiyini gordum. Avtomibil kimin adinadirsa hemin sexsin evine kimi getdim amma hec cure hemin adamla elaqe yarada bilmirem.Yani evine cox az az gelir .Mene ise avtomobil hava su qeder lazimdir, bele olan teqdirde basqa bir yolla men onu oz adima nece sala bileremZehmet olmasa komeklik ederdiniz…cox sagolun
Imran 14 Fevral 2019 20:49
Salam
Fexreddin 23 Sentyabr 2018 09:52
Salam.Qardas Rossiyadan masin getirib mene burda etibarname vere bilerAzerbaycanda.
Fexreddin 23 Sentyabr 2018 09:51
Salam.Qardas Rossiyadan masin getirib mene burda etibarname vere bilerAzerbaycanda.
Cosqun 11 İyul 2018 15:40
Men masin almisam amma davernusun vazdi bitib davernus vereb sexsin unvanin tapa bilmirem men nece ve kimden davernus ala bilerem ve yaxud basqa helli varmixahis edirem mene cavab yazasiz
Rehman 10 İyul 2018 16:05
Salam men atama surmek ucun etibarname vermek isdeyirem dovlet rusumu nedi nece oyrene bilerem
samir 24 May 2018 00:56
Mene cerime yazilib. Etibarnemem var. Suruculuk vesiqem yoxdu 100 manat cerime yaxilib. Yerinde dogrudumu
Vurğun 3 May 2018 15:27
Etibarnaməsiz avtomabili başqasına verdikdə nə kimi qanun pozuntuları olur və hər hansısa bir xəta törədilərsə həmən avtomabilə sahibkara nə kimi ziyan dəyər
Sabir 20 Aprel 2018 14:32
Eger masin ogulun oz adinadisa ata oglunun masinini etibarnamesiz sure biler
Ibrahim 2 Mart 2018 23:39
Yevlax
Elivasi 27 Fevral 2018 20:28
Salam mene aydin olmayan bir sual var cox xaiw edirem bu suali cavabladirasiniz. Men avtomabil almaq isdeyirem ve en qisa zamanda aldiqim avtomabili ve usdunde olan dovlet qeydiyyat niwani ile birlikde oz adima kecirmek isdeyire ama menim suruculuk vesiqem yoxsur suruculuk mesiqesini avtomabili aldiqdan sonra almaq isdeyirem bilmek isderdimki suruculuk vesiqem olmadan aldiqim avtomabili ve usdunde olan dovlet qeydiyyat niwanini oz adima kecire bilerem mi yoxsa yox. Tewekkur. Salam. Beli, kecire bilersiniz. Hec bir problem yoxdur. Sadece idare ede bilmezsiniz. Aldiginiz adamla gedib DYP-de alqi-satqi edib masini oz adiniza kecirmelisiniz
Cemsid 24 Yanvar 2018 00:17
Menim mawinim hebsi var .ne qeder oldugunu bilmekmisteyirem
Nahid 22 Yanvar 2018 03:47
Salam.menim masinim geniralni davernisle mendedir men onu xalam ogluna vermisem surmeye ama etibarnamesiz onun suruculuk vesiqesi var ama etibarname vermemisem yol patrul emekdaslarida onu askar edib masini cerime meydancasina aparib.men indi bilmek isdiyirem ora nece manat cerime oduyub masinimi cixarda bilem ve buna gore mene bal dusurmu. 40 manat
Mahmud 25 Dekabr 2017 00:24
Salam. Generalni davernislə sərhədi keçmək olar bəs. Qayıtmaq şərti ilə
intiqam 29 Avqust 2017 17:03
salam atamin masini var onun etibarnamesini almaq isteyirem yalniz menim atam xestedi komadadi ev seratinde baxiriq ama etibarname almaliyam ala bilmirem nece etmek olar hara muraciet ede bilerem. Salam. Natariusa muraciet edin, evinize gelecekler
Elbrus Meherremov 20 Yanvar 2017 21:16
Eyni ünvanda qeydiyyatda olan, faktiki yaşayan qardaşlara etibarnamä verilmädän biri digärinin Avtotomobilini idarä edä bilärmi
Mehman 13 Oktyabr 2016 16:39
SalamLakin qanunvericiliyin mahiyyətinə ziddir.Ona gore de 40 azn cerimesi var
Mehman 13 Oktyabr 2016 16:38
SalamLakin qanunvericiliyin mahiyyətinə ziddir.Ona gore de 40 azn cerimesi var
Elnur 10 Noyabr 2014 22:55
Salam, hörmətli hüquqşünasımıza çox təçəkkür edirəmş Uzun zaman idi ki, bu suala dolğun cavab axtarırdım. Sayənizdə hocam