Sürücü ona yazılan cərimənin düzgün olmadığını iddia edir – DYP-dən CAVAB - VİDEO

Vətəndaş ona yazılan cərimənin düzgün olmadığını iddia edir.
Avtosfer.az-ın məlumatına görə, paytaxt sakini Mircəlal Mirməmmədov deyir ki, o, avtomobilini yaşadığı binanın yaxınlığında - Bakıxanov qəsəbəsi, Səməd bəy Mehmandarov küçəsində, hər zaman saxladığı yerdə park edib. Bu dəfə isə ona cərimə yazılıb. Üstəlik protokol əlillər üçün nəzərdə tutulan yerdə avtomobil park etmək qaydasının pozulmasına görə yazılıb.
Müsahib iddia edir ki, həmin ərazi əlillər üçün nəzərdə tutulmayıb.
Mircəlal Mirməmmədov aidiyəti qurumun bu məsələni araşdırmasını və ona yazılan protokolun ləğvini istəyir.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən sorğumuza cavab olaraq bildirildi ki, sürücü barəsində tərtib edilən protokolun maddəsi ilə əlaqədar mərkəzi informasiya sistemində müvafiq dəyişiklik edilib. Başqa sözlə, sürücü avtomobilini səkidə park edib. Yəni səkidə avtomobilini saxlayan sürücü barəsində protokol tərtib edilib və ona 60 manat, 2 cərimə balı yazılıb.
Daha ətraflı videomaterialda.
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO










