Reklam

Sürücülər də, sərnişinlər də narazıdır... - Taksilər üçün vahid qiymət tarifi müəyyənləşdiriləcək?

Yazarlar 30 Sentyabr 2021 11:00 Oxunub 1672
Sürücülər də, sərnişinlər də narazıdır... - Taksilər üçün vahid qiymət tarifi müəyyənləşdiriləcək?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Adətən Bakıda xidmət göstərən taksi şirkətlərinin əksəriyyəti yağışın yağması ilə əlaqədar olaraq qiymətləri artırırlar. Bu problem uzun müddətdir davam edir və hələ də vətəndaşların narazılığı ilə məhdudlaşır. Qarşısını almaq isə, mümkün deyil desək, yanılmarıq.

Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sfera.az-a danışarkən Azərbaycanda taksi qiymətləri ilə bağlı vahid standart olmadığını deyib:

"Bütün bunlar da sürücülərin bu cür özbaşına davranışlarına gətirib çıxarır. Bu davranışlara son qoymaq üçün müəyyən bir sənəd ortada olmalı, konkret qiymət tarifi müəyyənləşdirilməlidir. Belə olan halda, taksi sürücüləri bundan sui-istifadə edə bilməyəcəklər. Bununla bağlı təxminən iki ilə yaxındır, Bakı Nəqliyyat Agentliyi tərəfindən təklif irəli sürülmüşdü. Təəssüf ki, bir çoxları təkliflərin nədən ibarət olduğunu, mahiyyətini dərk etmədən hay-həşir saldılar və gündəmdən çıxdı. Amma bu gün o təklifin gerçəkləşməsinə böyük ehtiyac var. Çünki bu məsələ hər kəsi narahat edir – elə sürücülər özləri də əziyyət çəkirlər. 

Vətəndaşlar artıq yolda əl edib taksi saxlamırlar, nadir hallarda bu baş verir. Şirkətlə işləməyən taksi sürücüsü ac qalır. Ona görə də bu məsələ şirkətlərin ümidinə qalıb. Onlar da bir-birilə rəqabət mühiti yaradırmış kimi davranırlar, amma əslində sürücüləri istismar edir, sərnişinlər arasında çaşqınlıq yaradırlar. Nəticədə özləri yaxşı pul qazansalar da, sürücülərin əsəbləri korlanır, vaxtı gedir, maşınları sıradan çıxır. Şirkət hazıra nazir kimi, cibini doldurmaqla məşğul olur”.

Müsahibimiz qeyd edib ki, Azərbaycanda taksi fəaliyyəti ilə bağlı vahid qiymət siyasəti olmalıdır:

"Taksi xidməti üç yerə bölünməlidir – ekonom, orta qiymət və lüks. Bu, müştərinin seçimindən asılı olacaq. Bunların da qiymətləri konkret müəyyənləşdirilməlidir: məsələn, ekonom taksilərin ən aşağı həddi, ən yuxarı həddi nə qədər ola bilər. Burda yuxarı hədlə yanaşı, aşağı həddi də götürmək lazımdır ki, taksi şirkətləri rəqabət adı ilə qiymətləri avtobus qiymətinə çatdırmasınlar. Baxın, sürücülər son zamanlar istismar olunmaları ilə bağlı etirazlar edirlər. Bəzən görürsünüz ki, maşını başqası alıb verir və gündəlik 14 saat işləməsini tələb edir. Onlar məcburiyyətdən bəzi hallarda səhər saat 8-də xəttə qoşulurlar, axşam saat 9-10-da icazə verilsə, çıxırlar. Bu, dəhşətdir, insan beyninin dözə biləcəyi iş deyil. Ona görə məsələləri tənzimləmək lazımdır. Vahid qiymət olandan sonra sürücü istəsə də, o qiyməti artıra bilməyəcək, artıq ona nəzarət edən qurum olacaq. Qiymət artımı olarsa, vətəndaş hara, kimə şikayət edəcəyini biləcək”.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh