Banner

Sürücülər yol polislərini niyə döyür? DEPUTAT DANIŞDI

Yazarlar 4 Dekabr 2014 01:45 Oxunub 2570
Sürücülər yol polislərini niyə döyür? DEPUTAT DANIŞDI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Rafael Cəbrayılov: «Qanunsuzluğa qarşı mübarizə bütövlükdə cəmiyyətin işidir»

Son vaxtlar yol polisləri ilə sürücülər arasında münasibətlər gərginləşib. Az qala hər gün Azərbaycanın hansısa bölgəsində, daha çox da paytaxt Bakıda yol polisi ilə sürücü arasında hansısa münaqişənin xəbərini yaymalı oluruq. Bəzən bu münaqişələr zamanı qan axıdılır, hansısa tərəf xəsarət alır. Adətən, yol polisləri döyülür, təhqir edilir və s. Bəs, görəsən münasibətlərin bu səviyyəyə gəlib çatmasına səbəb nədir? Yol polisi-sürücü münasibətlərini necə tənzimləmək olar? Bunu kim etməlidir? Avtosfer.az-ın bu və digər suallarına Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Rafael Cəbrayılov cavab verib. Onun fikrincə, bəzən elə düşünürlər ki, hansısa ictimai birlik, demokratik təsisat xaricdən Azərbaycana nəsə gətirəcək və burada insanlar arasındakı münasibətlər qaydaya düşəcək, etikadan kənar hallar baş verməyəcək. Amma millət vəkili əminliklə bildirir ki, bu, belə olmayacaq: «Azərbaycan cəmiyyətində bütün dəyərləri biz özümüz yaratmalıyıq və özümüz də qorumalıyıq. Yol polisi kiminsə şəxsiyyətinə toxunubsa, onu təhqir edibsə, birinci növbədə həmin zərərçəkən özü hüquq-mühafizə orqanlarına müraciət etməlidir. Artıq bu gün o qədər texniki vasitələr var ki, audio-video yazıların köməyi ilə hansısa məsələni sübut etmək olar. Mən DYP əməkdaşlarının vətəndaşlara qarşı kobud münasibətini şəxsən görməsəm də, tez-tez eşidirəm və mətbuatdan izləyirəm. Heç də şübhə etmirəm ki, belə hallar baş vermir. Jurnalistlər bu cür məsələləri gündəmə gətirirsə, nə üçün zərərçəkən şəxs özü hüquq-mühafizə orqanları qarşısında məsələ qaldırmır? Qanunsuzluğa qarşı mübarizə bütövlükdə cəmiyyətin işidir. Amma bu mübarizənin önündə konkret hüquqları pozulmuş şəxs özü dayanmalıdır. Bu da ictimai mübarizənin bir formasıdır».

Deputat bildirib ki, qanunsuzluqlara qarşı cəmiyyət özü mübarizə aparmalıdır. Ancaq yenə də deyirəm ki, zərərçəkən şəxs öndə olmalıdır. Yəni, cəmiyyət onun əvəzindən mübarizə aparmamalıdır. Bu insan özü orada olmalıdır. Şəxs özü «dostlarım necə baxar, ətrafdakılar nə düşünər» deyib, arxada qalacaqsa, onda heç bir mübarizədən söhbət gedə bilməz. Dünyada belə bir təcrübə yoxdur».

Yeri gəlmişkən, yol polisləri ilə sürücülər arasında mübahisə və münaqişələr bəzən sürücülər yol polislərini kamera ilə çəkərkən baş verir. Yol polisləri çəkilişə qəti etiraz edir və hətta kameranı, telefonu sürücüdən zorla almağa çalışırlar. Ümumiyyətlə, vətəndaş yol polisini çəkə bilərmi? Deputat Rafael Cəbrayılovun sözlərinə görə, bu məsələ ilə bağlı mövcud qanunvericilik onu qane etmir: «Öləkədə keçirilən sonuncu referendum zamanı Konstitusiyaya belə bir maddə əlavə etdik ki, şəxsin icazəsi olmadan audio-vider və fotoçəkilişlərə məruz qala bilməz. Bu, konstitusion bir normadır. Konstitusiya məsələni ümumi qaydada əks etdirir. Amma Konstitusiyanan bu maddəsini dəqiqləşdirmək üçün sahəvi qanun qəbul etmək lazımdır. Yəni, nəyi çəkmək olar, nəyi olmaz. Hazırda bu qanunun konsepsiyası yoxdur. Əvvəla bu konsepsiyanı işləyib ortaya qoymaq lazımdır ki, konkret olaraq sadə vətəndaşdan tutmuş, dövlət məmuruna qədər, nəyi çəkmək olar, nəyi olmaz. Bu baxımdın, bu gün kiminsə foto-videosunu çəkməklə bağlı nəninki hansısa hədd, qanun, heç onun konsepsiyası da yoxdur. Yəqin, yol polisləri də Konstitusiyanın həmin maddəsini əsas götürərək deyir ki, «icazəm olmadan məni çəkə bilməzsiniz». Amma düşünürəm ki, bu məsələ ilə bağlı konsepsiya hazırlanarkən əsas xətt bu olmalıdır ki, insanın xidməti vəzifəsi ilə bağlı olan bütün hallar çəkilə bilər, jurnalistlər büttün hallarla bağlı suallar verməli və vəzifəli şəxs də cavab verməyə borclu olmalıdır. Lakin onun şəxsi həyatının çəkilməsi, yayılması, ən azından etika baxımından düzgün deyil. O ki qaldı yol polislərinə, əgər o, forma geyinibsə, xidməti vəzifəsini icra edirsə, dövlət ona maaş verirsə və o da deyirsə ki, «məni çəkə bilməzsən», çox böyük səhv edir. Bəri başdan deyim ki, həmin polisin fəaliyyəti dövlətçiliyin möhkəmlənməsinə xidmət etmir. Görəsən, onun hansı üzdəniraq niyyətləri var ki, çəkiliş aparılmasını istəmir?»

 

Elməddin Muradlı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh