Sürücüləri çaşdıran problem - Azneft dairəsində nələr düzgün edilmir? - VİDEO

"Necə olmalıdır" rubrikasının yeni buraxılışı yayımlanıb.
Avtosfer.az xəbər verir ki, bu dəfə paytaxtın Azneft dairəsində sürücüləri narahat edən problemlər haqqında məlumat verilib.
Bildirilib ki, Azneft dairəsinə üç giriş var. Bunlardan yalnız bir giriş istiqamətində işıqfor quraşdırılıb. Hələ dairədən çıxışdan sonra, üzü Kukla Teatrı istiqamətində salınan yeni avtobus zolağı vəziyyəti daha da çətinləşdirir. Əlavə edilib ki, Neftçilər prospektindən Niyazi küçəsi istiqamətində çəkilən üfüqi nişanlanma xətti isə tamamilə yanlışdır. Çünki bir istiqamətdə qoşa xətt çəkilə bilməz.
"Sürücülərin də əksəriyyəti bunu bilməyərək özlərini qoşa xəttin soluna salmağa cəhd göstərir. Burada qoşa xətti sağdan keçmək üçün heç bir maneə yoxdur. Sürücüləri yol hərəkəti haqqında qanunun tələbini pozmağa təhrik edən qoşa xətt heç bir əhəmiyyət daşımır. Qoşa xəttin sağ hissəsində dayanacaq var, avtobus zolağı isə yoxdur. Yəni sürücü Niyazi küçəsi istiqamətində hərəkət edəndə sağdan getməklə qoşa xəttin üzərindən keçərək qaydanı pozmur. Çünki döngədən sonra mümkün qədər sağ zolağı tutmaq şərtdir", - deyə qeyd edilib.
Ətraflı Baku TV-nin videomaterialda:
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO










