Sürücüləri SEVİNDİRƏCƏK XƏBƏR: Lizinq şirkətləri ilə bağlı bu məsələdə ÖLÇÜ GÖTÜRÜLƏCƏK?

“Bəzən lizinq şirkətləri müəyyən qazanc əldə etmək üçün məqsədli şəkildə şirkət üzərindən sığortanı həyata keçirirlər. Təbii ki, bundan məlumatlı olmayan alıcılar da bunu qəbul edir. Belə olan halda zamanla bir sıra problemlər yaranır”.
Bu sözləri nəqliyyat eksperti Elməddin Muradlı deyib.
“Bir çox hallarda sığorta müddəti bitdikdə məlumat şirkətə gəlsə də, sürücüyə informasiya verilmir. Nəticədə sürücülər səbəbsiz olaraq, kiminsə maddi marağına görə cərimələnirlər. Bu da haqlı olaraq narazılıqlara səbəb olur. Ümumiyyətlə, bu, doğru yanaşma deyil. Bu, sözügedən lizinq şirkətləri ilə bağlı birinci neqativ hal da deyil. Dəfələrlə sığorta şirkətlərinin yanlış hərəkətləri ucbatından səbəbsiz yerə cəzalanan sürücülərin şahidi olmuşuq. Onlar bu cərimələri ödəməli olurlar. Ona görə də sözügedən məsələ ilə qanunvericilik səviyyəsində ciddi şəkildə məşğul olmaq lazımdır. Lizinq şirkətlərinin özbaşınalığına son qoymağa ehtiyac var. Lizinq şirkətləri maşınları sürücülərə verir, müəyyən bir məbləğ alır və aylıq ödənişlər olur. Lakin buna baxmayaraq, tamah üstün gəlir. Bu pulu ödəyib bitirənədək lizinq şirkəti əlavə yollarla sürücünü istismar edir. Onun üzərindən əlavə pullar qazanmağa çalışır”.
Ekspert qeyd edib ki, lizinq şirkətləri sürücüləri özlərindən “asılı” hala salıb. Bu səbəbdən də bu şirkətlərlə bağlı ciddi tədbirlər görülməlidir.(referans.az)
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO











