Sürücülərin bitməyən müəmması – Pərdə və plyonka; xarici təcrübə nə deyir?

Bu problem hələ sovet dövründən mövcuddur. SSRİ-nin digər respublikalarında pərdə, qara şüşə və plyonkaya məhdudiyyət olmadığı halda Azərbaycan SSR-də bu əməl inzibati xəta predmeti idi (o dövrdə ancaq arxa şüşəni tündləşdirmək dəbdə idi).
Müstəqillik dövründə də bu məsələ ağrılı olaraq qalıb. Hətta polis reydi zamanı etiraz əlaməti olaraq özünə xəsarət yetirən sürücülərlə də rast gəlmişik. Bəs bunun qanuni tənzimlənməsi mümkün deyilmi?

Xarici təcrübəyə baxsaq əminliklə müsbət cavab verə bilərik. Məsələn Fransa hökumətinin 2016-cı ildəki qərarı ilə məsələ konkret təsbit edilib. Təxminən 5 cümləlik qərarda göstərilir ki, alın şüşəsinin tündləşdirilməsi qadağandır. Qabaq yan şüşələrdə 30%-dək tündləşdirməyə icazə verilir. Arxa külək şüşəsi və yan şüşələrlə bağlı seçim sürücünün ixtiyarına buraxılır. Avtomobilə plyonka çəkilməsinin qiyməti 60-250 avro arasında dəyişir. Qayda pozuntusuna görə 135 avro və 3 cərimə balı cəza müəyyən edilib. Satıcılar da əyani fotolarla sürücülərə vəziyyəti izah edirlər.

Maraqlıdır ki, qanun icazə versə də Fransada tünd şüşələrdən əsasən şərqlilər və afrikalılar istifadə edirlər. Yerli fransızların tünd şüşəyə marağı minimumdur. Görəsən nə üçün?
İsveçrənin Yol hərəkəti haqqında qanununa görə nəqliyyat vasitəsi bütün normalara tam cavab verdiyi halda istismar edilə bilər. Qanunun 71-ci maddəsinə görə alın şüşəsi tam şəffaf olmalı, işıq keçiriciliyi 70%-dən yuxarı olmalıdır. Tündləşmə qadağan edilməklə yanaşı, uzun müddət istismarda olduğu üçün işığı pis keçirən şüşə də nasazlıq kimi qəbul edilir. Buz və tərləməyə qarşı spirallar görüş dairəsini mıəhdudlaşdırmamalı, şüşənin önünə və arxasına heç bir kənar əşya qoyulmamalıdır. Arxa şüşənin rəngi sürücünün ixtiyaına buraxılsa da, güzgü effekti verən şüşə və diqqət yayındıran bəzəklər qadağandır.
Ümumi götürdükdə Avropa ölkələrində qayda eynidir, fərq qayda pozuntusuna görə tətbiq edilən cərimələrdədir.
Vüqar Yaşaroğlu
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?












