Banner

“Sürücülərin imtahana cəlb edilməsi o demək deyil ki..." - Taksi sektorunda nə baş verir?

Yazarlar 7 Avqust 2024 16:34 Oxunub 568
“Sürücülərin imtahana cəlb edilməsi o demək deyil ki..." - Taksi sektorunda nə baş verir?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Xüsusi hazırlıq keçmiş taksi sürücüləri üçün ilk imtahan avqustun 25-də keçiriləcək. İmtahanda iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinə müvafiq qurumlar tərəfindən 1800 nəfərə yaxın şəxsin məlumatları təqdim olunub. İmtahanda iştirak ödənişlidir. Namizədlər “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak etmək üçün tələb olunan 35 AZN məbləğində vəsaiti əlavə etməlidir. Qeydiyyatdan keçmiş imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

Mövzu ilə bağlı danışan nəqliyyat eksperti Elməddin Muradlının fikrincə, taksi sürücüsü kimi fəaliyyətinə icazə verilməyən vətəndaşlara dövlət tərəfindən dəstək göstərilməlidir:

 

Sürücülərimiz nəzarət olmayan yerdə ölümə getməkdən çəkinmir - Elməddin  Muradlı - <a href=Avtosfer.az" decoding="async" src="https://avtosfer.az/upload/news/1419658.jpeg" />

“Hazırda 24 mindən çox taksi sürücüsü imtahanı verib, sertifikatını da alıb. Onların 12 minindən çoxu digər sənədlərini (taksi buraxılış kartı, buraxılış vərəqi, sağlamlıq arayışı) qaydaya salaraq rəsmi formada taksi sürücüsü kimi fəaliyyət göstərir. Hazırda 35 min taksi fəaliyyətdədir. Digərləri avtomobilin köhnə, sağlamlıq imkanlarının məhdud olması və narkoloji testdən keçə bilməməsi səbəbindən işindən kənarlaşdırılıb. İşdən kənarlaşdırılanların əksəriyyətində avtomobilin texniki vəziyyəti qaydasında deyil. Görünən də odur ki, bu tələblərə uyğun olmayan avtomobillərin sayı kifayət qədərdir. İşindən kənarlaşdırılanlara dövlət tərəfindən hər hansısa formada dəstək göstərilməlidir. Bu dəstək olarsa, onlar öz işlərini normal qaydada davam etdirə bilər”.

Ekspertin sözlərinə görə, imtahanın keçirilməsində məqsəd kimisə kəsmək deyil:

“Sürücülərin imtahana cəlb edilməsi o demək deyil ki, onları kəsəcəklər, şərait yaradılmayacaq. İmtahanda iştirak üçün sürücülər giriş rüsumunu ödəməlidir. Sürücülük vəsiqəsi üçün də imtahan verəndə 40 manat rüsum ödəyirik. O demək deyil ki, imtahandan kəsildiksə, pulu geri almalıyıq. Bu, doğru yanaşma deyil. Uğur qazanan qazanacaq, qazanmayan da məcburdur ki, təkrar imtahana qatılsın. Suallar isə o qədər qəliz deyil”.

Ekspertin fikrincə, yeni qaydaların tətbiqindən sonra bu sahədə müəyyən irəliləyişlər var:

“Şəhərdə nə qədər yeni taksilər fəaliyyətə başlayıb. Adam xidmətin gözəlliyindən zövq alır. Bu sektor daha da gözəlləşəcək, təkminləşəcək. Görürük ki, bəzən qeyd olunan nəqliyyat vasitəsinin yerinə başqası gəlir. Bu qüsurları aradan qaldırmaq üçün imtahanlar təşkil edilib”.

Nəqliyyat eksperti Rauf Ağamirzəyev də hesab edir ki, taksi sektorundakı islahatların hədəfi neqativ halların aradan qaldırılmasıdır:

Sürücülərin təlimdən keçməsi keyfiyyətin artırılması yönündə verilmiş  qərardır" - Ekspert

“Xidmət keyfiyyətinin artırılması baxımından bu islahat gözlənilən idi. İslahat nəticəsində neqativ halların aradan qaldırılması hədəf götürülüb. Sərnişin və yükdaşıma önəmli sahələrdən biridir. Xüsusi hazırlıq tələb edir. Sürücülərin bu təlimlərə cəlb edilməsi məqsədilə aidiyyatı dövlət qurumu tələblər qoyub və təlimlərin keçirilməsi üçün şərait yaradılıb. Təlimlərdən keçənlər üçün müsbət tərəf odur ki, Azərbaycanda lisenziya bu günə qədər 1 illik idi. İndi isə 7 illik verilir. Təlimləri keçən və müvafiq yaş kateqoriyasına uyğun avtomobili olan şəxslərin 7 illik problemsiz taksi fəaliyyəti göstərməsinə şərait yaradılacaq”.

Nəqliyyat eksperti Eldəniz Cəfərov isə deyir ki, imtahanların keçirilməsi taksi sürücülüyünün peşə kimi təsdiq olunması deməkdir:

Eldəniz Cəfərov: 'Bakının mərkəzində tramvayları bərpa etmək mümkün deyil'

“Biz buna taksi sürücülərinin sertifikatlaşdırması da deyə bilərik. Bu ona görə yaxşıdır ki, sürücüdə məsuliyyət hissini artırır, onun peşəkar və ya qeyri-peşəkar olmasını üzə çıxarır. İmtahan sualları isə o qədər qəliz deyil”.

(konkret.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh