Sürücülük təlimi verən şəxslərin özlərinə “TƏLİM” KEÇİLMƏLİDİR?

Sosial şəbəkələrdə sürücülük təlimi axtardığımız zaman qarşısımıza saysız-hesabsız təlimçi səhifələri və reklamları çıxır. Qanunvericiliyə əsasən, sürücülük təlimi verən şəxslər ən azı 5 il intensiv sürücülük təcrübəsinə malik olmalı, eyni zamanda nəzəri bilikləri və psixoloji hazırlıqları yoxlanmalıdır. Lakin reallıqda bu tələblərə hər zaman əməl olunmur. Bəzi sürücülük kurslarında təlimçilərin əksəriyyəti sadəcə taksi sürücülərindən ibarətdir və onların peşəkar təlim vermə bacarığı sual altındadır. Bu isə sözügedən sahədə nəzarətsizliyin və keyfiyyət problemlərinin olduğunu düşünməyə əsas verir. Bir çox mütəxəssis belə halların yol təhlükəsizliyinə və gələcək sürücülərin hazırlıq səviyyəsinə ciddi şəkildə təsir göstərdiyi qənaətindədir.
Bəs, sürücülərin hazırlanması üçün əsas hansı tənzimləmələrə ehtiyac var?
Avtosfer.az xəbər verir ki, bu barədə nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov "Bizim.Media"ya danışıb.
Onun sözlərinə görə, bəzi sürücü məktəbləri və sürücülük kursları dərsləri formal şəkildə tədris edir.
"Bu səbəbdən də bu gün yol hərəkəti qaydalarını bilməyən, avtomobili lazımi səviyyədə idarə etməyi bacarmayan, sürücük mədəniyyəti olmayan sürücüləri görürük. Bu, həm də yollarda baş verən qəzalara da təsir edir. Statistikaya görə, belə sürücülər tərəfindən edilən qəza sayları daha çoxdur. Sürücülük təlimi ilə məşğul olan kəslər əsasən nümunəvi vətəndaş və sürücü olmalıdır. Uzun müddət sürücülük təcrübəsi olmalı, tarixçəsində ağır qəzalar, qaydaların dəfələrlə pozulması olmamalı və buna bənzər məsələlər xüsusi diqqətə götürülməlidir", - deyə o vurğulayıb.
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...











