Banner

Sürücülük vəsiqəsi imtahanını kim götürsün: DİN, yoxsa DİM?

Yazarlar 23 Dekabr 2022 12:58 Oxunub 4184
Sürücülük vəsiqəsi imtahanını kim götürsün: DİN, yoxsa DİM?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Əslində sürücülük vəsiqəsi imtahanlarını DİM-in təşkil etməsinə dair təkliflər hələ TQDK-nın səsləndirililir. Nəhayət, qurumun rəhbəri Məleykə Abbaszadə də məsələyə münasibət bildirdi. Məleykə xanımın diplomatik tərzdə verdiyi cavabdan məlum oldu ki, DİM bu işə hazır deyil və buna heç maraqlı da deyil. 
Bir anlıq hesab edək ki, imtahanı DİM götürür, onda vəziyyət necə olar?
İmtahan görütən və sənəd verən orqan dəyişirsə ilk növbədə məlumat bazası yenilənməli və səlahiyyət dəyişikliyi olmalıdır. Sadə dillə izah edək: Polisin mənim şəxsiyyət vəsiqəmi, karantin vaxtı buraxılış sənədimi və ya sürücülük vəsiqəmi (olacaqsa) yoxlamağa səlahiyyəti var və bəzi hallarda bu onun xidməti borcudur. Lakin DİN mənim diplomlarımı və sertifikatlarımı yoxlaya bilməz və belə bir səlahiyyəti yoxdur. Bu prizmadan yanaşsaq, DİM-in verdiyi sürücülük vəsiqəsini yol polisi yoxlaya, müsadirə və ya ləğv edə bilməz. Amma...

2 dövlət qurumu əməkdaşlıq edərsə, yaxşı nətcə hasil edilə bilər. Bəzi Avropa ölkələrində belə bir təcrübə artıq mövcuddur. Polis intizamsız sürücüləri təhsilin və psixologiyanın köməyi ilə “ağıllandırır”. Ciddi qayda pozuntusuna dəfələrlə yol verən sürücülərin vəsiqəsi ləğv edilməklə yanaşı onlar “yol hərəkətində həssaslıq” kurslarına da göndərilirlər. Belə kursları adətən polis özü təşkil etməyib, fiziki və ya hüquqi şəxslərə həvalə edir. Məsələn, təhsilin pulsuz olduğu Fransada kursların qiyməti 500-1000 avro arası dəyişir. Bu kurslarda psixoloqlar qayda pozucuları ilə işləyir. Praktikada isə onlara böyük romanları oxuyub təhlil etməyi tapşırılır. Bizdə də belə bir sistem tətbiq olunsa inanıram ki, yaxşı nəticə eəldə edilə bilər. 
Elə birinci təhlil edilmək üçün ilk mövzunu da mən deyim: “M.S.Ordubadinin “Dumanlı Təbriz” romanında cərəyan edən hadisələrin müasir İranda baş verən təlatümlə oxşar və fərqli cəhətləri”. İnanıram ki, ömründə bir kitab üzü açmayan şəxs bu mövzuya hazırlaşıb cavab versə ya intizamlı sürücü olacaq, ya dü ümumiyyətlə sürücülük vəsiqəsi barədə düşünməyəcək.

İmtahan sisteminə gəldikdə isə, bizdəki modellə dünya təcrübəsi çox da ciddi fərqlənmir. Əsas prinsipal fərq Avropada ilk vəsiqənin 1 il müddətinə verilməsi və təcrübəsiz sürücülərə bəzi məhdudiyyətlərin olmasıdır. Bir qayda olaraq il ərzində qayda pozmayan sürücünün vəsiqəsinin vaxtı avtomatik olaraq 3 il uzadılır, növbəti mərhələdə isə 10 il uzadılır. Əksər ölkələrdə 3 baladək cəzasıolanlar nəzəri imtahala vəsiqəni yeniləyir. 3 və daha artıq cərimə balı olanlar isə sıfırdan oxuyub imtahan verməlidir. Avropalı sürücüləri qayda pozuntusundan çəkindirən amillərdən biri də məhz budur.

Vüqar Yaşaroğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh