Sürücülük vəsiqəsinin rüsumu niyə artırıldı? - EKSPERT ŞƏRHİ

"Sürücülük vəsiqələri ilə bağlı dövlət rüsumunun artırılması Milli Məclisdə müzakirə olunur. Məsələ artıq Komitə iclasından keçib. Hesab edirəm ki, burada artım sırf sürücülük vəsiqəsinin hazırlandığı materialla bağlıdır. Çünki əvvəllər sürücülük vəsiqələri adi qalın və rəngli kağız formasında çap olunurdu və laminasiya ilə üzlənirdi". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı deyib.

Onun sözlərinə görə, indiki sürücülük vəsiqələri tamamilə başqa materialdan hazırlanır və xüsusi çiplə təchiz edilir: "Hətta Dövlət Yol Polisinin açıqladığı məlumata görə, həmin sürücülük vəsiqələri gələcəkdə plastik kart kimi vətəndaşların işinə yaraya bilər. Orada bir çox informasiya daşıyıcıları öz əksini tapır və yerləşdirilir".
Ekspert sözlərinə belə davam edib: "Bu kifayət qədər bahalı materialdır və Azərbaycanda istehsal olunmur. Bura texniki pasport da daxildir. Düşünürəm ki, artım sırf bunlarla bağlıdır. Lakin təklif olunan layihədə başqa artımlar da nəzərdə tutulub. Dövlət nömrə nişanlarının rüsumu da 500 manat artırıldı. Əslində, bu rüsum təxmini 2 ilə yaxındır ki, artırılmışdı. Sadəcə olaraq təsdiqlənməsi lazım idi. "Dövlət rüsumu" haqqında qanunla bu məsələ nizamlanacaq".
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq










