Reklam

Taksi şirkəti sürücünün iş rejiminə nəzarət edə bilərmi? – QONŞUNUN TƏCRÜBƏSİ

Yazarlar 22 Avqust 2023 15:00 Oxunub 958
Taksi şirkəti sürücünün iş rejiminə nəzarət edə bilərmi? – QONŞUNUN TƏCRÜBƏSİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycanda taksi fəaliyyəti ilə bağlı qanunlar təkmilləşir. Yaxın müddətdə bu qanunların praktik tətbiqini də görəcəyik. 

Yeni tələblər arasında taksometr və taxoqrafların quraşdırılması, həmçinin taksi şirkətinin sürücünün iş rejimi ilə bağlı məlumatları dövlət orqanlarına ötürməsi də yer alır. Bəs aqreqator şirkət bu tələbi layiqincə icra edə biləcəkmi? Müstəqil taksilərdə vəziyyət necə olacaq?

Hüquq sistemi bizimlə oxşar olan Rusiyanın təcrübəsi göstərdi ki, yox. Bir neçə il əvvəl Moskvada yuxulu və yorğun taksiçilərin törətdiyi qəzalar kütləviləşdikdə təklif olundu ki, aqreqator şirkət 8 saat başa çatan kimi sürücüyə sifariş yollamağı dayandırsın. Hətta şirkətlərə bildiriş də göndərildi. Lakin təklif işə yaramadı. İşə yaramayacağını da avtomobil ekspertləri qabaqcadan söylədilər. Səbəb çox sadədir: Taksi sürücüsü A şirkəti ilə qanun çərçivəsində 8 saat sifariş qəbul etdikdən sonra proqramı söndürür və B şirkətindən sifariş qəbuluna başlayır və günün yarıdan çoxunu sükan arxasında olur. Qanun nə Rusiyada, nə də bizdə 2 təşkilatda işləməyi qadağan etmir. Buna görə də, sözügedən yolla sürücünün iş rejiminə səmərəli nəzarət mümkün olmayacaq. 

Eyni hal müstəqil fəaliyyət göstərən taksilərə də aiddir. Buna görə də ən etibarlı həll yolu taksometr və taxoqrafdır. Üstəgəl, son model taxoqraflar real vaxt rejimində işlədiyi üçün onun göstəricilərini yoxlamaq məqsədilə polisin maşını saxlamasına və ya sürücünü idarəyə çağırmağa ehtiyac yoxdur. 

Lakin bir faktı da nəzərə alaq ki, taksometr və taxoqraf bahalı cihazlardır və onların tətbiqi taksi xidmətinin maya dəyərini artıracaq. Lakin hər 2 cihazın yerli müəssisələrdə istehsalını təşkil etsək, o zaman həm qiymət aşağı olar, həm də əlavə iş yerləri açılar.

Vüqar

ŞƏRH YAZ
Ad

E-mail

Şərh