Taksi sürücüləri üçün YENİ ŞANS: Növbəti imtahanla bağlı VACİB AÇIQLAMA

Aprelin 30-da Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi hazırlıq keçən taksi sürücüləri üçün növbəti test imtahanı təşkil edib.
Bəs görəsən, bu imtahanda uğur qazanmayan namizədlər üçün əlavə hazırlıq və ya təkrar imtahan imkanı nəzərdə tutulurmu? Gələcəkdə bu imtahanlar regionlarda da keçirilə bilərmi?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı “Konkret.az”a açıqlamasında nəqliyyat məsələlər üzrə ekspert Eldəniz Cəfərov maraqlı məqamlara toxunub:

“İmtahandan keçməyən sürücülər yenidən hazırlaşıb müraciət edə bilərlər. Eyni zamanda Bakıdan başqa digər regionlarımızda da bu imtahanların gələcəkdə təşkil olunması mümkündür. İmtahan xüsusi olaraq kəsilən sürücülər üçün keçirilmir. Belə ki, hər rüb bu imtahanlar təşkil olunur. Müraciət edənlərin sayı artarsa, imtahanın tez keçirilməsi mümkündür. Əksinə, tələb azalarsa, o zaman imtahan 3 yox, 6 aydan bir təşkil edilə bilər”.
İmtahanı təşkil edən qurumdan, yəni Dövlət İmtahan Mərkəzindən sorğumuza cavab olaraq bildirilib ki, regionlardan yalnız Gəncə şəhərində də imtahan təşkil olunur. Bu imtahanda müvəffəq qiymət almayanlar növbəti imtahanlarda qeydiyyatdan keçib yenidən cəhd edə bilərlər.
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO










