“Tbilisi”də hərəkətin təşkilindəki problem necə həll edilməlidir? - VİDEO

Yazarlar 30 Noyabr 2024 20:04
“Tbilisi”də hərəkətin təşkilindəki problem necə həll edilməlidir? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Necə olmalıdır?” rubrikasının yeni buraxılışı yayımlanıb.

Bu dəfə sürücülərin Tbilisi prospektində qarşılaşdıqları problem haqqında məlumat verilib.

Avtosfer.az “BakuTV”yə istinadən xəbər verir ki, Tbilisi prospekti-20 Yanvar metrostansiyası istiqamətindən gələndə şağda yerləşən yanacaqdoldurma məntəqəsinin çıxışında “Stop” xətti olsa da, nişan yoxdur.

Vurğulanıb ki, yanacaqdoldurma məntəqəsindən çıxan nəqliyyat vasitələrinin sürcüləri hansı halda hərəkətə başlamalı olduqlarını bilmirlər:

“Burada “Stop” nişanı olmadığından, yaxud hərəkət işıqforla tənzimlənmədiyindən avtomobillər gözləməlidir ki, həm irəlidə olan nəqliyyat vasitələri, həm də Tbilisi prospektindən gələnlər üçün qırmızı işıq yananda hərəkətə başlasınlar”.

Ətraflı süjetdə.

Oxunub : 844
ŞƏRH YAZ
Ad

E-mail

Şərh