“Təhlükəlidir, bina hər an uça bilər” - VİDEO

Bakının Yasamal rayonunda yerləşən 5 mərtəbəli yataqxana uzun müddətdir ki, qəzalı vəziyyətdədir.
Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, İTV-nin çəkdiyi sujetdə bildirilib ki, Zahid Xəlilov 54 ünvanında yerləşən bu binada 95 ailə yaşayır. İstismar müddətini bitirmiş bu yataqxanada yaşayan sakinlər binanın təhlükəli vəziyyətdə olduğunu bildirir, şəraitsizliyindən gileylənirlər.
60-dan çox yaşı olan binanın tavan hissəsindəki beton parçalar qopub tökülür, sanitar qovşaqları istifadəyə yaramır, elektrik naqilləri də təhlükə saçır.
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, hazırda paytaxtda 1100 qəzalı bina var: “Sözügedən binaların inventarisasiyası və bu binalarda yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı artıq komissiya fəaliyyətə başlayıb. Binaların bir çoxu da mərhələli şəkildə sökülür”.
Qəzalı vəziyyətdə olan həmin binadan hazırlanan süjeti təqdim edirik:
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq








