Tələbələrə həvalə edilmiş ictimai nəqliyyat - Biz necə inkişaf etdirək?

Bu gün Bakıda ictimai nəqliyyat sürücülərinin peşəkarlığı geniş müzakirə olunur. Hər avtobus qəzasından sonra sürücü hazırlığı məsələsi KİV-in əsas mövzusuna çevrilir. Amma dəyişiklik təəssüf ki ağır gedir.
Avtosfer.az olaraq biz də sürücü hazırlığı məsələsinə dəfələrlə toxunmuşuq. Bu dəfə xarici təcrübəyə də bir nəzər yetirmək qərarına gəldik. Axı nə olsa da dünya gör-götür dünyasıdır.
Beləcə, Fransanın Nant şəhərində tramvay maşinistlərinin hazırlanması ilə tanış olaq. Düzdür, bizdə tramvay olmasa da, təcrübə faydalıdır.
Tramvayları idarə edən Cəmiyyət (dövlət və özəl birgə müəssisəsi) maşinistləri tələbələr arasından seçir və bu yolla maaşa qənaət edir. Sonradan peşəkar maşinist kimi qalaraq işə davam etmək istəyənlərə isə ödənişlər standart formada həyata keçirilir.
Hər şey seçim turu ilə başlayır. Bu mövsümdə 300 iddiaçıdan cəmi doqquzu seçilib. Maşinist diplomu almaq üçün 150 saat nəzəriyyə, 120 saat praktika tələb olunur.
Nəzəri dərslərdən sonra sürüş testləri başlayır. Burada tələbələr sırf maşinist kimi davranır. Səhər tezdən depoya gələn tələbə təlimata uyğun formada vaqonun bütün zəruri nöqtələrini yoxlayır. Yalnız bundan sonra pantoqraf qaldırılır və tramvay cərəyan qəbul edir.
Tələbələr təlimatçının rəhbərliyi altında həftələrlə məşq edirlər: onlar dayanacağa yaxınlaşır, dayanır və vaqonun təlim üçün ayrıldığını elan edirlər.
Həm şirkət, həm də tələbələr bu işdən razıdır. Tələbənin cib xərcliyi olur. Şirkət isə özü yetişdirdiyi əməkdaşla çalışır. Həm də tələbə təhsil müddətində əlavə diploma sahib olur. Təlim tam ödənişsizdir. Yeganə şərt diplom alan tələbənin azı 3 il maşinist işləməsidir. Başqa sözlə, insanlar üçün ilk iş yeri təmin olunur.
İlk baxışdan kimsə düşünə bilər ki, bu sadəcə televiziya üçün çəkilmiş süjetdir. Xeyr, bu sətirlərin müəllifi özü belə bir hadisənin şahidi olub. İsveçrə ilə sərhəddəki Bezanson şəhərində 1 sentyabr 2014-də istismara verilmiş tramvayda təlimlər 6 ay əvvəldən başlamışdı. Bütün heyət işə gələrək hərəkəti imitasiya edirdi. Yəni, vaqon gəlib dayanacaqda dayanır, fransız və alman dillərində elanlar verilir, qapılar açılıb bağlanır və tramvay yola düşür.
Bizdə də sürücü hazırlığında əsas problemlərdən biri praktik saatların azlığıdır. Bir neç günlük təlimlə peşəkar yetişdirmək mümkün deyil. Həm də nəzərə alaq ki tramvayı idarə etmək avtobus sürməkdən daha asandır.
Vüqar
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı















