Tələbələrin təqaüdündən xəbərsiz tutulan pullar hara gedir? - VİDEO

Ali təhsil ocaqlarında təhsil alan birinci kurs tələbələri deyirlər ki, onların şəxsi razılığı olmadan hər ay təqaüdlərindən 3 manat çıxılır, bunun səbəbi özləri də bilmədən Tələbə Həmkarlar İttifaqı Komitəsinə məcburi üzv olmalarıdır.
"Təqaüdümüzdən tutulan pulun Tələbə Həmkarlar İttifaqı Komitəsinə köçürülməsi ilə razı deyiləm. Çünki bu məsələni qərarlaşdıranda məndən fikrimi soruşmayıblar. 3 manata belə ehtiyacı olan tələbələr var", ‒ deyə onlardan biri narazılığını bildirib.
Avtosfer.az xəbər verir ki, statistikaya görə, bu gün ali təhsil ocaqlarında 180 mindən çox tələbə təhsil alır. Onların 70 minə qədəri dövlət sifarişi ilə oxuyur. Təxminən 35 min tələbə hər ay təqaüd alır və nəzərə alsaq ki, hər ay bu məbləğdən 3 manat tutulur, bu isə ayda 100 min manatdan çox vəsaitin toplanması deməkdir.
Təhsil eksperti Ramin Nurəliyevin sözlərinə görə, tələbələrin sözügedən təşkilata üzv olması onların istəklərinə uyğun həyata keçirilməlidir: "Əgər tələbə məcburi olaraq bu təşkilata üzv olursa, öz istəyi ilə ərizə yazaraq oradan xaric olunmasını tələb edə bilər. Burada məcburiyyət qətiyyən yolverilməzdir".
Ətraflı BakuTV-nin süjetində:
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...











