Telefonlarımıza yüklənən bilmədiyimiz təhlükə - VİDEO

Son vaxtlar sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan biri də "casus app" adı ilə tanınan tətbiqlərdir. Bu proqramlar vasitəsilə telefona daxil olmaq, zənglərə qulaq asmaq, sosial şəbəkə hesablarına asanlıqla müdaxilə etmək mümkündür. Hətta bu tətbiqlərdə "endirimli paketlər" də təklif olunur.
Bəs bu təhlükənin qarşısını necə almaq olar?
Avtosfer.az-ın Baku TV-yə istinadən məlumatına görə, informasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov bildirir ki, bu, təkcə internet üzərindən deyil, həm də "Bluetooth" və digər protokollar vasitəsilə mümkündür.
"Əgər telefonunuz yaddaşı dolu olmadığı halda normadan artıq isinirsə və ağır işləyirsə, bu, izlənildiyinizə işarə ola bilər. İctimai yerlərdə açıq internetə qoşulduqda belə, həmin şəxslər telefonunuza daxil ola bilərlər. Bundan qorunmaq üçün tanımadığınız faylları açmamalı, ictimai "Wi-Fi" şəbəkələrindən uzaq durmalısınız", - deyə E. Abbasov xəbərdarlıq edib.
Hüquqşünas Hikmət Əliyevin sözlərinə görə, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, heç kim başqasının şəxsi həyatına müdaxilə edə bilməz. Belə hallar Cinayət Məcəlləsinin 156-cı maddəsinə əsasən, şəxsi və ailə sirrinin pozulması kimi qiymətləndirilir və qanunla cəzalandırılır.
Ətraflı süjetdə:
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO











