Tələsib 15 saniyə irəli düşmək heç nəyi həll etmir – Piyadalar nəzarətdən çıxıb

Bunu yazmağa məni səhər 5 dəqiqə fərqlə gördüyüm 2 hadisə vadar etdi.
Əvvəla deyim ki, bizdə sürücülük mədəniyyətinin aşağı olması fikri ilə razı olmasam da, səbəbini yazaraq cümləpərdazlıq etməyəcəm. Sözüm piyadalaradır.
Piyadaların bəzi yerlərdə keçid olmamasından şikayətlənməsinə dair xəbərlər hər gün ekranları bəzəyir. Bəs keçid olan yerdə necə?
Təəssüf ki keçidlərdən çox vaxt istifadə etmirik. Bu səhər Tibb Muzeyinin qarşısında (Xətai RİH-in yanı) çoxseksiyalı işıqfor və piyada keçidinə məhəl qoymayan gənc xanım siqnalları qoşulu olan təcili yardım avtomobilinin qarşısına keçdi. Xoşbəxtlikdən sürət az idi. Sürücü də xanıma mədəni şəkildə keçidi göstərdi. Müşahidəm belə oldu ki, gənc qız 10 metr və bir neçə saniyə qabağa düşmək istəsə də yolu uzandı. Səkiyə çıxdıqda isə bir müddət dayanıb dərin nəfəs aldı. Üzündən qorxu yağırdı.
Xətai metrostansiyasına girdikdə isə çıxışa işləyən hər 2 svetoforun anidən dayandığının şahidi oldum. Sərnişinlər bir anda irəli atıldılar, çoxları müvazinətini saxlaya bilmədi. Maraqlıdır ki, nasazlıq baş verən anda ənənəvi olaraq sərnişinlərə təhlükəsizlik qaydaları elan olunurdu (sağ tərəfdə dayanın, sürahidən tutun). Xoşbəxtlikdən nasazlıq cəmi 10 saniyə çəkdi.
2015-ci ildən etibarən avtobuslarda hər gün valideynlərin əvvəl özü düşüb sonra uşaqları düşürməsi barədə anonslar verilsə də, təəssüf ki bunun da əksini görürük. Bu cür davranış çətin olmaqla yanaşı təhlükəlidir.
Bəs piyada və sərnişinləri qaydalara əhəmiyyət verməməyə nə vadar edir? Başlıca səbəb qəribə olsa da, “mənə heç nə olmaz”, “Allah qoruyur”, “mən qorxmuram” tipli stereotiplərdir. Bunların heç biri həyatda sübuta yetirilməyib.
Əziz oxucu, tələsib 10-15 saniyə irəli düşmək heç nəyi həll etmir. 5 saniyə qabağa düşüb qayda pozan şəxs 5 həftəni xəstəxanada keçirə bilər. Ya da ömürlük hərəkət qabiliyyətini itirər. Həyat təhlükəsizliyi naminə bir dəqiqə ləngimək bəzən fayda verir. Ümummilli liderimiz demişkən, bir hadisənin qarşısını almaq onun nəticələrini aradan qaldırmaqdan daha asandır.
Vüqar Yaşaroğlu
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










