Texniki baxışı yol polisindən almaq olarmı?

Yazarlar 23 Oktyabr 2015 01:23 Oxunub 1933
Texniki baxışı yol polisindən almaq olarmı?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Azərbaycanda avtomobillərə texniki baxışı özəl şirkətlər də keçirə bilər

Azərbaycanda avtomobillərin texniki baxışını Dövlət Yol Polisi İdarəsi həyata keçirir. Başqa ölkələrdə bu xidməti yol polisi deyil, özəl şirkətlər göstərir. Həqiqətən, yol polislərinin vəzifəsi yollarda hərəkatın təhlükəsizliyini təmin etməkdən ibarət olmalıdır. Bu məsələ zaman-zaman səsləndirilib, amma bu günün reallığı odur ki, xidməti yenə onlar həyata keçirir.

Ekspert Elməddin Muradlı Modern.az-a bildirib ki, dünyanın bəzi ölkələrində avtomobillərin texniki baxışdan keçirilməsini özəl şirkətlər həyata keçirir: “Amma bu şirkətlərin üzərində böyük məsuliyyət düşür. Yol polisi həmin şirkətdə texniki baxışdan keçirilən maşını saxlayıb, onda texniki nasazlıq aşkarlayarsa, həmin şirkətə qarşı böyük cərimələr tətbiq olunur. Bizdə o səviyyədə şirkətin, texniki bazanın, texniki imkanların olmasına inanmıram ki, maşınları texniki baxışdan keçirə bilsin. Bunun üzərində ciddi düşünmək laızmdır”. 

Ekspertin fikrincə, texniki baxışı özəl şirkətlər həyata keçirsə, əlbəttə, yaxşı olardı:

“Amma sığorta şirkətləri, bir sıra avtoservislər və ya maşınla bağlı başqa şirkətlərdən bu gün insanlar narazıdlrar və onlar etimadı doğrultmurlar. Bunların fonunda hansısa şirkətin texniki baxışı həyata keçirəcəyinə, öz maraqlarını önə çıxarmayacağına və təchizatı yoxlayacağına inanmıram. Amma yol polisi də texniki baxışı peçşəkar səviyyədə həyata keçirmir.

Bəzi maşınların qabaq şüşəsinə texniki baxışdan keçməsi ilə bağlı sənədi var, ancaq onlar az qala yolda qalsın və ya içərəsində bircə maşını idarə edən şəxs üçün oturacaq var və həmin köhnə maşından dəmir daşınmaları üçün istifadə olunur.

Amma təzə maşınları qanuni şəkildə texniki baxışdan keçirmək istəyəndə, o qədər xəta tapırlar ki, adam maşını aparıb satmaq istəyir”. 

Elməddin Muradlı qeyd edib ki, bəzi hallarda yol polisinin apardığı texniki baxış formal xarakter daşıyır: “Formal olmasa, küçədə getdiyi yerdə maşın yanmaz, yol polisi küçədə saxlayıb deməz ki, konstruksiya dəyişikliyi olub. Texniki imkanları yaxşı olan avtoservislər var, amma onlarda avtomabillərdən ixrac olunan zəhərli qazları ölçən cihaz yoxdur. Bəlkə də Azərbaycanda düzgün işləyən bir-iki belə cihaz var. Cihazlar alınmalıdır, necə işləməsi ilə bağlı dövlət standartları müəyyənləşdirilməlidir. Qanunvericilikdə dəyişiklik edilsə, bunu etmək olar. Bu, həm sürücü üçün rahat olar, həm yol polisinin işi asanlaşar. Yol polisi deyiləndə yollarda hərəkətin təhlükəsizliyi təmin edən şəxs anlayışını qəbu edirik, amma polisin texniki baxış keçirməsi, imtahan götürməsi ona bir qədər mübahisəli məsələdir. Bununla bağlı zaman-zaman məsələ qaldırılıb».

Ekspert deyib ki, texniki baxışın özəl şirkətlər və ya avtoservislər tərəfindən həyata keçirilməsi üçün də sistem qurulmalı və standartlar müəyyənləşdirilməlidir ki, sonra məsuliyyətin kimin üzərində qalacağı məlum olsun.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh