Banner

Texniki nasazlığa görə CƏRİMƏ YAZILA BİLƏR? – BDYP-dən AÇIQLAMA - VİDEO

Yazarlar 23 Dekabr 2024 23:10 Oxunub 314
Texniki nasazlığa görə CƏRİMƏ YAZILA BİLƏR? – BDYP-dən AÇIQLAMA - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Avtomobildə ön və ya arxa işıq cihazı işləmir, dönmə işıq sistemləri sıradan çıxıb və ya bu kimi digər nasazlıq baş verib.

Avtosfer.az xəbər verir ki, bəzi hallarda polis əməkdaşı nəqliyyat vasitəsini saxlayaraq cərimə yazılmalı olduğunu deyir və ya nəqliyyat vasitəsinin duracağaı yerləşdirilməsi əmrini verir.

Ekspertlər isə bildirirlər ki, texniki nasazlığa görə yalnız o halda cərimə yazıla bilər ki, sürücü özü ya avtomobilə əlavə avadanlıq quraşdırıb, ya da mövcud avadanlığı normativ tələbləri pozaraq dəyişdirib.

Nəqliyyat vasitələrinin idarə edilməsi üzrə təlimçi-ekspert  İlahə Əhmədovanın sözlərinə görə , avtomobildə bir sıra texniki nasazlıqlar var ki, aradan qaldırılmadan nəqliyyat vasitəsi ümumiyyətələ istismara buraxılmamalıdır.

Baş Dövlət Yol Polisi İdarəsinin inspektrou, Elvin Hacıyev isə bildirib ki, avtomobillərin texniki cəhətdən saz vəziyyətdə saxlanılması üçün mütəmadi olaraq sürücülərə tövsiyyələr edilir. Ancaq sürücülər bir sıra hallarda çağırışlara məhəl qoymurlar ki, nəticədə qəza halları da qaçılmaz olur. İdarə Rəsmisi texniki nasazlıq zamanı hansı cərimələrin yazıla biləcəyinə də aydınlıq gətirib.

Ətraflı videomaterialı təqdim edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh