“Təyyarəni Qroznı aeroportuna icazəsiz endirə bilərdilər” – Son anda nə baş verib? - VİDEO

Qazaxıstanın Aktau şəhəri yaxınlığında Azərbaycana məxsus təyyarənin qəzaya uğraması ilə bağlı yeni detallar üzə çıxır. Qəza zamanı göyərtədə olan və xəsarət alan sərnişin Nurullah Siracov "Report"a müsahibəsində təyyarənin Qroznı aeroportuna enişə lap az qalmış yenidən havaya qalxdığını deyib.
İlkin dəyərləndirmələrə görə, burada iki ehtimal var: pilot təyyarənin vurulması səbəbindən onu yerə endirə bilməyəcəyini anlayıb, ya da hava limanı enişə imkan verməyib.
Bu cür vəziyyətlərdə, yəni aeroport hava gəmisinin enişinə son anda imkan vermədikdə, pilotlar o an insiyativ alıb, eniş edə bilərlərmi?
Avtosfer.az xəbər verir ki, bu barədə "Globalinfo"ya danışan Azərbaycan aviasiyasının əfsanəvi pilotu, “Şöhrət” ordenli Əzimbala Əzimov pilotun xəbərdarlıqsız eniş etməyə icazəsi olduğunu vurğulayıb.
Əzimbala Əzimov
O, doğru cavabın “qara qutu” oxunduqdan sonra üzə çıxacağını deyib:
“Aktau başqa bir ölkənin şəhəridir. Əslində, icazə alınır, razılıq verilir və s. Hər halda bir dispetçer, digər ölkənin dispetçerinə məlumat verməlidir. Lakin pilot görsə ki, təyyarə qəzaya uğramaq üzrədir, xəbərdarlıqsız gedib yaxında olan aeroporta eniş edə bilər. İstənilən boş zolağa oturmaq olar, heç kim də buna görə pilota heç nə deməz. Çünki göyərtədə nə qədər adam olur və sən onların sağ qalmasını istəyirsən. Ona görə də təyyarəni icazəsiz endirmək mümkündür”.
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO










