Reklam

Toyu yasa döndərən hoqqabazlar: bu “cavanlıq” deyil - VİDEO

Yazarlar 22 Noyabr 2021 14:00 Oxunub 6552
Toyu yasa döndərən hoqqabazlar:  bu “cavanlıq” deyil  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sosial şəbəkələrdə tez-tez toy karvanlarında avtoxuliqanlıq edənlərin videogörüntüləri yayılır. Ən maraqlısı isə dəfələrlə elə bu cür hoqqabazlıq edənlər qəzaya düşürlər. Amma görünür bu düşüncədə olanların “cavanlıq sevgisi” bitmir. Çox təəssüf olsun ki, bu “bitməyən sevgi” sonda onların bir çoxunun həyatını bitirir.

Dünən Göyçay rayonunda toy karvanında avtoxuliqanlıq edən zaman qəza törədən sürücülərin videogörüntüləri yayılıb. Yadıma gəlir ki, Göyçayda olan zaman eyniylə belə bir hasidə baş vermişdi. Hadisədə iştirak edən “cavanlardan” birini danlayan dostumuz həm gülməli, həm də ürəkağrıdıcı bir söz dedi. Deməli bəyin atası bir gün əvvəl oğlunun dostlarını evə dəvət edib. Yaxşı yeyib-içmək verib və dönə-dönə xahiş edib ki, toy karvanında artıq-əskik hərəkətlər etməsinlər. Bunlar da ağsaqqala söz verib ki, bəs özlərini normal aparacaqlar.

Səhəri gün bəy dostlarına zəng edib ki, bəs mənin toyumda ən azı iki maşın bir-birinə sürtməsə alınmaz. Camaatın yanında biabır olarıq. Cavanlar da toplaşıb və toy karvanında hoqqabazlıq etməyə başlayıblar. İki maşın qəza törədib, digər maşınlar isə bir-birinə sürtünüb. Sən demə hansı maşının üstündə başqa bir maşının rəngi olmasa həmin sürücü təndiq atəşinə tutulur.

Bax bu nə düşüncədir? Bu nə hərəkətdir? Axı niyə belə olmalıdır? Belə neqativ halları çəkib sosial şəbəkələrdə paylaşanların adı “işverən” olur. “Cavanlıq edənlərə” maneə olduqları üçün təhqir və tənqid olunur.

Yol polisi də dəfələrlə belə neqativ hallara qarşı mübarizə aparır, sürücülər həbs olunur, sürücülük hüququndan məhrum edilir. Amma nə fayda ki, “cavanlıq eləmək eşqi” çoxlarının toyunu yasa çevirir.

Əzizlərim bir anlıq düşünün. Adrenalin yaşamaq, bununla fəxr etmək istəyirsinizsə, həqiqətən cavanlıq eşqiniz varsa bunun ən gözəl nümunəsi 44 günlük savaş idi. Həmin savaşda minlərlə gəncimiz düşmən qarşısında əsl kişiliyi, cavanlığı nümayiş etdirdi, şəhid, qazi oldu. Onlar hər zaman fəxrlə anılır və yaşayırlar.

Amma toy karvanında əlil olan, ölənlər isə kiminsə toyunu yasa döndərdiyi üçün necə xatırlanır... Bunu bir düşünün...

Orxan Əli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh