Üçtəpənin YOL PROBLEMİ: "Uşaqlar ayaqlarına sellofan geyinirlər" - FOTO - VİDEO

Göygöl rayonunun Üçtəpə kəndinin əsas yolunun dağılmış vəziyyəti sakinlərin gediş-gəlişini çətinləşdirib.
Avtosfer.az xəbər verir ki, bununla bağlı Oxu.az-a şikayət daxil olub.
Qeyd olunub ki, kənddaxili əsas yollar keçilməz vəziyyətdədir.
"Hər dəfə yağış-qar yağanda isə vəziyyət daha da çətinləşir. Uşaqlar ayaqlarına sellofan torba geyinib məktəbə getməli olurlar. Çalalara düşən maşınlar da çox tez sıradan çıxır", - deyə şikayətdə bildirilir.


Məsələ ilə bağlı Qızılca-Üçtəpə bələdiyyəsinin sədri Rza Məmmədov açıqlamasında faktı təsdiqləyib. O bildirib ki, ilin müxtəlif dövrlərində bələdiyyənin vəsaiti hesabına daxili yollarda cari təmir işləri aparılır.
"Yerli əhəmiyyətli məsələlərin həlli və yerli infrastukturun yaxşılaşdırılması bələdiyyələrin vəzifə səlahiyyətinə aiddir və bələdiyyənin yerli büdcəsi digər sahələr, o cümlədən, vətəndaşların ödəyəcəyi müvafiq vergilər hesabına formalaşır. Nəzəriniz çatdırırıq ki, bələdiyyə büdcəsində toplanan vəsaitdən asılı olaraq həm qeyd olunan küçədə, həm də ətraf küçələrdə cari təmir işlərinin aparılması nəzərdə tutulub. Hava şəraitinə uyğun olaraq işlərin aparılması həyata keçiriləcək", - deyə bələdiyyə sədri vurğulayıb.
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...











