Uşaqları yol qəzalarından necə müdafiə edək? - Ekspertlər DANIŞDI
1 İyun uşaqların Beynalxalq Müdafiəsi günüdür. Onlar bizim gələcəyimizdir. Ölkəmizin gələcəyi onların əlindədir. Uşaqları qorumaq isə bizim əlimizdədir. Ən çox narahatedici məqamlardan biri azyaşlıların yol qəzalarında həyatını itirməsi və ya əlil olmasıdır. Bəs bunun qarşısını necə almalıyıq?
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis baş leytenantı Pərvanə Muradova deyir ki, 2022-ci ilin 5 ayı ərzində uşaqların iştirakı ilə 11 yol-nəqliyyatı hadisəsi baş verib. “Onlardan 2 nəfəri dünyasını dəyişib, 10 nəfəri xəsarət alıb. 2021-ci il ərzində isə 39 yol-nəqliyyatı hadisəsi baş verib. Onlardan 14 nəfəri dünyasını dəyişib, 29 körpə isə xəsarət alıb. Bu kimi halların baş verməməsi üçün valideyinlərdən Bakı şəhər Dövlət Yol Polisi olaraq xahiş edirik ki, yol kənarlarında, avtomobil yollarına yaxın olan ərazilərdə olarkən uşaqları nəzarətsiz qoymayın. Velosiped sürərkən yalnız parklarda avtomobil olmayan yerlərdə sürmələrinə icazə versinlər. Yol keçərkən övladlarının əlindən tutaraq, diqqəti yayındırmadan yalnız piyada keçidlərindən, yeraltı və yerüstü keçidlərdən istifadə etsinlər. Avtomobildə sərnişin daşıma qaydalarına əməl etməyləri tövsiyyə olunur. Xüsusi oturacaqlardan istifadə olunsun. 12 yaşdan yuxarı uşaqların kəmərdən istifadəsini təmin etsinlər. Kiçik bir yalnışlıq övladlarımızı itirməyə səbəb ola bilər. Bu hadisələrin baş verməməsi üçün övladlarımızı qorumalı, onların sağlamlığına görə bir olmalıyıq . Bütün yol- hərəkəti qaydalarına düzgün əməl etməliyik ki, uşaqlarda bizdən örnək götürsün.”
1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin müəllimi Fəridə Süleymanova hesab edir ki, uşaqlar ətraf mühitdə qorxu anlayışını dərk etdiyi andan onlara yol təhlükəsizliyi qaydaları haqqında biliklər aşılanmalıdır. “Bu bilikləri tam mənimsəmək üçün uşaqlara mütləq məşğələlər keçirmək lazımdır. Bir sözlə mütləq bu barədə təlimlər, tədbirlər keçirilməsi vacibdir. Bizim müəssisə məktəbdən kənar bir müəssisədir. Uşaqların asudə vaxtının düzgün və səmərəli təşkilini biz yaradırıq. Dərsdən sonrakı asudə vaxtı düzgün istiqamətləndirməyin ən yaxşı üsullarından biri dərnək üsullarıdır. Həmin dərnək məşğələlərində də, məktəblərdən fərqli olaraq bizdə uzunmüddətli məşğələlər həyata keçrilir. Uşaqlara bu məşğələlər uzunmüddətli keçirilməlidir ki, onlar yol- hərəkəti qaydalarını tam mənimsəsinlər. Onlardan yarışlar şəklində müsabiqələr, olimpiadalar,əyləncəli oyunlar şəklində bu biliklər yoxlanılmalıdır.” Fəridə Süleymanova hesab edir ki, ümid edir ki, yol-hərəkəti qaydalarını öyrənmək istəyən müəssisələrin sayı artacaq. "Kütləvi tədbirlərdə, keçirilən aksiyalarda, həmçinin kütləvi informasiya vasitələri tərəfindən bizim fəaliyyətimizin işıqlandıtılmasıda uşaqlar üçün bir stimvul yaradır. Bizim Bakı şəhəri Yol Polisi İdarəsi ilə birlikdə fəaliyyət proqramımız var. Bakı şəhəri Dövlət Yol Polisinin rəisi tərəfindən tədris ilinin əvvəlində bu proqram təsdiq olunur. İstərdim ki, bizim kimi müəssisələr uşaqlara yol-hərəkəti qaydalarını mütləq aşılasınlar ki, onlar bu qaydaların həyata nə qədəər vacib olduğunu öyrənsinlər.”
Nəqliyyat eksperti Elməddin Muradlı hesab edir ki, uşaq travmatizminin ən geniş yayılmış formalarından biri yol hərəkəti təhlükəsizliyi ilə bağlıdır. “Çox təəssüf ki, yol-nəqliyyat hadisələrində həyatını itirən, ömürlük şikəst olan və ya ən yaxşı halda travma alan uşaqların sayı dünya üzrə yüz minlərlədir. Azərbaycanda hər il 16 yaşadək 100-ə qədər uşaq yol qəzalarının qurbanı olur. Onların əksəriyyəti qəza zamanı avtomobildə xəsarət alaraq ölür. Piyada kimi vurulanlar da var. Neçə-neçə parlaq həyat yollarda tükənir, sönür. Əlbəttə, qəzaların 90 faizi böyüklərin səhvi, daha dəqiq desəm, günahı ucbatından baş verir.”
Biz də Avtosfer.az olaraq 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günündə diqqəti uşaqların yollarda qorunmasının vacibliyinə çəkmək istədik.
Hazırladı: Şəfa Nəsibova