Banner

Uşaqları yol qəzalarından qorumağın yolları - TƏHLİL

Yazarlar 10 İyun 2014 16:37 Oxunub 2199
Uşaqları yol qəzalarından qorumağın yolları - TƏHLİL
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Valideyn uşağı yol qəzalarından özü qorumalıdır

 

Təhlükəsiz vərdişlər uşaq və yeniyetmələrə öyrədilsə, onların iştirakı ilə baş verən qəzaların sayı azalar

 

Yol qəzalarının artmasına səbəb olan bir sıra amillər var ki, onlardan da ən vacibi maarifləndirmə işinin kifayət qədər aparılmamasıdır. Məktəbəqədər tərbiyə müəssisələri, orta ümumtəhsil məktəbləri və məktəbdənkənar təhsil müəssələrində uşaqlara təhlükəsiz davranış vərdişlərinin aşılanmasına dair biliklər daha səmərəli öyrədilsə, uşaq və yeniyetmələrin iştirakı ilə baş verən yol nəqliyyat hadisələrinin sayı azalar. Uşaqlar tərəfindən yol verilən qayda pozuntuları tez- tez təkrar olunmaqla mütəmadi xarakter daşıyır. Onlar təsadüfən yaxşı halda sağlamlıqlarını, pis halda isə həyatlarını itirmiş olurlar. Təəssüflər olsun ki, bəzi valideynlər və uşaqlar bədbəxt hadisələri təsadüf kimi qəbul edirlər. Yol-hərəkət qaydalarını bilən və ona əməl edən üçün isə təsadüfü yol-nəqliyyat hadisəsi olmur. 

46 saylı məktəbdənkənar tərbiyə işi mərkəzində «bir dəfə görmək, yüz dəfə eşitməkdən yaxşıdır” prinsipinə uyğun təşkil edilən məşğələlər, məqsədli ekskursiya və gəzintilər zamanı uşaqlar əldə etdikləri bilikləri, təəssüratları müstəqil olaraq rəsm, hekayə və şeir formasında istifadə edir, yol hərəkəti qaydalarına dair biliklərini artırırlar. Uzun illərin müşahidəsi göstərir ki, insan təcrübədə əldə etdiyi biliyi daha yaxşı yadda saxlayır. Nəzəri və praktiki məşğələlərin bu cür əlaqələndirilməsi erkən yaşlardan uşaqların təfəkküründə faydalı vərdişləri sistemli şəkildə adətə çevirir və hər bir uşaq yolda təhlükəsiz davranış qaydalarına əməl edir. 

Aparılan təhlillərə görə, hərəkət iştirakçıları tərəfindən yol hərəkətləri qaydalarının pozulması onların bu qaydaları bilməmələri, ən başlıcası isə hərəkət iştirakçıları arasında yol mədəniyyətinin aşağı olmasıdır. Odur ki, piyadaların, xüsusilə uşaqların maarifləndirilməsi sistemli və müntəzən şəkildə həyata keçirilməlidir. Təcrübə göstərir ki, uşaqlarda təfəkkürü 5-11 yaşlarında daha asan formalaşdırmaq olar.  Geçikmiş formalaşma çətiliklərlə qarşılaşır və çox vaxt sona çatmır. Ona görə də uşaqları kiçik yaşlarından öyrətmək lazımdır. Yaş böyüdükcə bu məsələ qat-qat çətinləşir. Bu cür tədris uşaqlarda müsbət vərdişlərin aşılanmasına kömək edir və onlar bədbəxt hadisələrdən uzaq olurlar.

Məktəblərdə, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrində müvafiq materiallarla təchiz edilmiş hərəkətin təhlükəsizliyi güşələri yaradılmalı, uşaqların “ev- məktəb - ev” təhlükəsiz yol sxemləri qurulmalıdır. Aparılan müntəzəm məşğələlərdən əlavə, uşaq şəhərciyində yol hərəkəti qaydalarına həsr olunmuş müsaqibələr, yarışlar, öyrəduci və düşündürücü yarışlar keçirilməlidir. Bu zaman interaktiv təlim üsullarından istifadə edilərək aparılan rol bölgüsü çox maraqlı olur. Uşaqlar real həyatda baş verən hadisələri rollar üzrə özləri oynayırlar. Nəticədə, mövzu daha aydın başa düşülür. Oyundan sonra keçirilən müzakirələr və ifacıların qiymətləndirilməsi tədrisin keyfiyətinə müsbət təsir göstərir, məşğələ saatı əsl tamaşaya bənzəyir. Məşğələlərdə Dövlət Yol Polisi İdarəsinin (DYP) əməkdaşlarının da iştiraki vacibdir. İl boyu aparılan müntəzəm məşğələ və silsilə tədbirlərdə Bakı şəhər DYPİ əməkdaşlarının iştirakı müəllim və uşaqların məsuliyyət hissini daha da artırır.

Ümumiyyətlə yol hərəkəti qaydalarının öyrədilməsi məhələlərlə aparılmalıdır. İlk növbədə uşaqlarda təhlükə haqqında təsəvvür yaradılmalıdır. Belə olmasa o küçədə istədiyi kimi hərəkət edər. Əksinə diqqətsizliyin, hərəkət eden nəqliyyat vasitəsinin qarşısından qacıb keçməyin, yolun hərəkət hissəsində oynamağın nə ilə nəticələndiyi uşağa başa salınsa, o, küçədə daha diqqətli olar. 

I Müdafiə mərhələsi: Bu mərhələdə valideyn uşağı yol qəzalarından özü qorumalıdır. Ona görə də, valideynlərlə iş zamanı “Küçədə uşaqların davranışına nəzarətin gücləndirilməsi”, “Uşaqlar hər şeydə böyükləri təqlid edirlər - əla davranış nümunəsi olun !” və s. mövzularda söhbətlərin aparılması tövsiyə olunur. Yol hərəkəti qaydalarının uşaqlartərəfindən pozulması hallarını onların nəzərinə çatdirmaq lazımdır. Kobud və təkrarlanan pozuntular barədə valideyn iclaslarında müzakirələrin aparılması, nümunəvi uşaqların  rəğbətləndirilməsi müsbət nəticə verər. Fərdi görüşlərdə, yığıncaqlarda diqqəti bu məsələyə cəlb etmək və təlimin uğuruna valideynləri inandırmaq vacibdir.

II  Hazırlıq mərhələsi: Valideynlər və müəllimlər ümumiyyətlə, hamı uşaqların yol hərəkəti ilə bağlı həyat və sağlamlıqlarının qorunması işində iştirak etməli, onlara yol hərəkəti qaydalarını öyrətmək üçün lazımi şərait yaratmalıdır. 

III  Məşq mərhələsi: Bu mərhələdə valideyn və müəllimlərin nəzarəti ilə uşaqlar məşğələlər, öyrədici və düşündürücü oyunlar, test yoxlamaları, müsabiqələr, sürücülük yarışları, maarifləndirici  aksiyalar və s. keçirməklə öz bilik və bacarıqlarını nümayiş etdirsələr, daha məqsədəuyğun olar.

IV  Təhriketmə mərhələsi: Bu mərhələdə uşaqların yollarda təhlükəsiz davranış qaydalarına əməl etməyə yönəldilməsi vacibdir.

V  Qabaqlama mərhələsi: Çalışmaq lazımdır ki, uşaqlar yol hərəkət qaydalarına əməl olunmasının bədbəxt hadisələrlə nəticələnəcəyini başa düşsünlər. Belə qurulmuş iş baş verəcək yol- nəqliyyat hadisələrinin sayını azaldar, təhlükəsiz həyat üçün uşaqlarda üçün müsbət vərdişlər yaradar. Uşaqlarla hər zaman, hər yerdə yol hərəkəti qaydalarına riayət edilməsi haqqında söhbət- xatırlatma aparılmalı, onların yol hərəkəti qaydalarını yaxşı mənimsəmələri üçün valideynlərlə birgə iş birliyi qurulmalıdır. Yalnız müəllim və valideynlərlə birgə səyi nəticəsində uşağın  küçədə yüksək davranış mədəniyyətinə və yol hərəkəti qaydalarına əməl etməsinə nail olmaq mümkündür.

 

Fəridə Süleymanova,

46 saylı məktəbdənkənar tərbiyyə işi mərkəzinin müəllimi

ŞƏRH YAZ
Ad

E-mail

Şərh