"Utilizasiya prosesində qiymətləndirmə fərdi qaydada aparılsın" — EKSPERTDƏN TƏKLİF

"Utilizasiya prosesi köhnə avtomobillərin istismardan yığışdırılmasına xidmət edir, ətraf mühitə zərərli maddə kimi atılmasının qarşısını alır. Avtomobil utilizasiya fonduna təhvil verilir ki, orada da utilizatorlar həmin nəqliyyat vasitələrini qaydalar çərçivəsində yox edirlər, yəni maddələr torpağa qarışmır, havaya, suya atılmır. Avtosfer.az xəbər verir ki, bunu "demokrat.az"a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı deyib.

"Azərbaycanda utilizasiya ənənəsi formalaşmayıb. Uzun illər bu sahədə boşluq oldu. İndi kəndlərdə, rayonlarda köhnə maşınlara çox rast gəlinir. Təkər, detal yox, quru material qalıb, yəni bu eybəcər bir variantdır. İnsanlar həmin avtomobilləri təhvil verirlər və dövlət tərəfindən onlara bu cür avtomobillərə görə normal bir məbləğdə ödəniş olunur. Bir az normal vəziyyətdə olan avtomobillərlə müqayisədə bu məbləğ çox azdır. Bəzi insanlar var ki, ailəsinin dolanışığı o maşından çıxır. Onun da bazar dəyəri 2000-3000 manatdır. Amma dövlət ona 1500 manat pul verir, hələ o da nağd şəkildə alsa, 1000 manat, qalanı faiz tutulur. Bəzi adamlar üçün bu məbləğ toy-bayramdır, bəzi adamlar üçün ağır şərt. Ona görə təklif edirik ki, utilizasiya prosesində qiymətləndirmə fərdi qaydada aparılsın, insanların sosial durumu nəzərə alınsın. Bunu da nəzərə alsaq, utilizasiya çox maraqlı və həvəsləndirici bir sistem kimi insanların könüllü şəkildə müraciət edə biləcəyi bir mənbə rolunu oynayacaq".
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










