Azərbaycanda vahid taksi XİDMƏTİ – Bu nə qədər real layihədir?

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov bildirib ki, vahid taksi xidmətinin yaradılması ilə bağlı sənəd hazırlanıb. “Bununla cənab nazir məşğul olur. Metro, avtobus, taksi vahid olsa, daha yaxşı olar”.
Vahid taksi xidməti görəsən nə deməkdir? Burada nələr əks olunmalıdır və ümumiyyətlə ona ehtiyac varmı?
Bizim.Media-ya açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı vahid taksi xidmətinin yaradılmasını mümkünsüz hesab edir: “Taksi xidməti sahibkarlıq sahəsidir. Ona görə bu sahədə heç kim monopoliya yarada, mərkəzləşdirilmiş sistem qura, xidməti vahid mərkəzə çevirə bilməz. Bütün taksilərin eyni şirkət tərəfindən alınması, hamısının bir şirkətə cəlb olunması sahibkarlıq fəaliyyətinə ziddir. Taksi xidməti sahəsində çoxsaylı şirkətlər fəaliyyət göstərir.
Onların yalnız idarəolunması və nəzarət mərkəzdən həyata keçirilə bilər ki, vətəndaşlar nöqsan və qüsurlar barədə məlumat versinlər.
Məsələn, vətəndaşlar taksi xidmətindən şikayətlərini vahid bir mərkəzə bildirə bilərlər. Bakı Nəqliyyat Xidmətində olduğu kimi, burada da qaynar xəttin yaradılması məqbuldur. Vahid taksi xidmətinin yaradılması yalnız bu məqsədə xidmət etməlidir. Bütün taksilər kameralarla təchiz edilməlidir. Hər bir taksidə sürücü haqqında məlumat lövhəsi olmalıdır”.
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO










