Vahid tələbə kartından narazılıq: “Metro, avtobus üçün endirim yoxdur” - VİDEO

Bir müddət əvvəl tələbələrin istifadəsinə verilən vahid tələbə kartı vasitəsilə bakalavr, magistrant və doktorantlar üçün müəyyən güzəşt və imtiyazlar nəzərdə tutulub.
Avtosfer.az xəbər verir ki, lakin tələbələrin əksəriyyəti endirimlərin onları qane etmədiyini bildirərək, mağaza və restoranlar əvəzinə, ictimai nəqliyyatda güzəştlərin tətbiq olunmasını daha məqsədəuyğun hesab edir.
"Metro, avtobus üçün endirim yoxdur. Demək olar ki, tələbə kartından istifadə edə bilmirəm. Endirimlər olacaq deyə verilmişdi, amma olmadı", - Baku TV-nin mövzu ilə bağlı keçirdiyi sorğu zamanı tələbə deyib.
Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, beynəlxalq təcrübədə bu kimi kartlar vasitəsilə tələbələrin büdcəsinə qənaət məqsədilə ilk olaraq ictimai nəqliyyatdan istifadədə güzəştlər tətbiq olunur.
"Dünya təcrübəsinə nəzər saldıqda görürük ki, tələbələrə verilən kartlar onların sosial vəziyyətinin yaxşılaşmasına öz təsirini göstərir. Ən vacib dəstək yeraltı və yerüstü nəqliyyat vasitələrindən istifadə zamanı tələbələrə edilən güzəştlər olmalıdır. Qardaş ölkə Türkiyədə, Cənubi Koreyada, Sinqapurda tələbələrə bu istiqamətdə güzəştlər edilir", - deyə K.Əsədov bildirib.
Daha ətraflı süjetdə:
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO











