Banner

Vaqif Əsədov qadağan olunmuş səs siqnallarından yazdı - VİDEO

Yazarlar 8 Sentyabr 2014 01:21 Oxunub 2706
Vaqif Əsədov qadağan olunmuş səs siqnallarından yazdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Səsli siqnallardan lüzumsuz olaraq mütəmadi istifadə edilməsi ciddi narahatlıq doğurur

Ölkəmizdə, xüsusilə də Bakı şəhəri ərazisində sürücülərin çoxavazlı, yüksəktonlu, müxtəlif səslər çıxarın, səsi azaldıb artıran, siren və musiqi səsli siqnallardan lüzumsuz olaraq mütəmadi istifadə etməsi çox ciddi narahatlıq doğurur. Doğrudan da, paytaxt əhalisinin, bütövlükdə  hər bir hərəkət iştirakçısının təhlükəsizliyinə və sağlamlığına zərər vuran güclü, geniş sektora malik tonlarda olan, lüzumsuz olaraq gecə-gündüz küçə və yollarda, yaşayış evlərinin yanında şüur və avtoidarəetmə mədəniyyəti aşağı olan sürücülərin dəhşətli səs siqnallarından istifadə etməsini, həmçinin, ekologiyanın, ətraf mühitin səs fonununun tarazlığını pozmaqla insanlara iztirab verməsini və bu problemin həllini dəyərləndirməyi hər birimiz bacarmalıyıq. 

Əlbəttə, olduqca aktual və qlobal problem olan, dəhşətli epidemiya yaradan avtomobil sürücülərinin səsli siqnallardan istifadə etməsinə, ən başlıcası, «Yol hərəkəti haqqında» qanununun 73-cü maddəsinin «Sürücü tərəfindən səs sinqalları və işıq siqnallarından istifadə edilməsi», 74-cü maddəsi isə «Xüsusi səs siqnallarının tətbiqi» tələbinin yerinə yetirilməsi işinə nəzarətin gücləndirilməsi yol polisinin səlahiyyəti çərçivəsində həll olunur.

Yüksək səviyyəli səs-küy, vibrasiya, o cümlədən, avtomobillərin səs siqnalının insanlarda emosional gərginlik, əsəbilik, dərin stress yaratması, ümumiyyətlə, səs-küylə mübarizə tədbirlərinin gücləndirilməsi haqqında ölkə Prezidentinin 2008-ci ildə imzaladığı sərəncam heç də təsadüfi deyil.

Qeyd etmək yerinə düşər ki, qanunla səs siqnallarından iki halda istifadə etməyə icazə verilir. Birincisi, yaşayış məntəqəsindən kənarda ötmə əməliyyatı aparılarkən, ikincisi isə baş verə biləcək qəzanın qarşısını almaq üçün səs siqnalından istifadə etmək olar.

Doğrudur ki, Bakı şəhərində avtomobil sürücülərinin dözülməz, dəhşətli, müxtəlif səslər çıxaran, musiqi səsli, siren siqnallardan istifadə edərək şəhər əhalisinə görünməmiş əziyyət verməsi onların rahat yaşamalarına, insan sağlamlığına ciddi mənfi təsir göstərən, hətta, nevro ruhi və digər ağır xəstəliklərin yaranması hallarına qarşı, eləcə də, «Yol hərəkəti haqqında» qanununun tələbinin, eyni zamanda, cənab Prezidentin imzaladığı məlum sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində məqsədli şəkildə mütəmadi olaraq Yol Patrul Xidməti müfəttişləri tərəfindən tədbirlər həyata keçirilib və bu tədbirlər kütləvi informasiya vasitələrinin köməyi ilə təbliğ olunub.

Əlbəttə, görülən işlərin nəticəsi bizi qane etməsə də, bu kimi kobud qayda pozuntularına qarşı əməkdaşlarımız daim mübarizə aparıb, aparır və təfərrüatı ilə aparacaqlar. 

Elə isə unutmayaq ki, bu sahə üzrə müsbət nəticə əldə etmək üçün hər bir hərəkət iştirakçısı öz məsuliyyətini artırmalıdır.

 

Vaqif Əsədov,

Bakı şəhər BPİ DYPİ-nin

bölmə rəisi, polkovnik-leytenant

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

saddam 10 Noyabr 2014 22:55
Marşrut avtobusları istədikləri yerdə nəqliyyatı saxlayıb avtobusa adam mindirirlər, taksi sürücüləri avtomobili dayanacaqda, zebra nişanlarında saxlayıb müştəri gözləyirlər,şəhərin bəzi yerlərində səkilər avtomobol yoluna çevrilib, piyadalar svetorun rənglərini bilmirlər və s.Amma dovlət yol polisləri pole çudesproqramının iştirakçıları kimi adda-budda avtomobilləri evakuatora yükləyib cərimə meydançasına aparırlar . Vəssəlam şüt təmam...Əsas məsələ hesabatın təmtəraqlı cümlələrlə olmasıdır