“VAZ” sürən sürücüyə “QAZ 24” cəriməsi gəldi - VİDEO

Naftalan sakininə ona aid olmayan avtomobilin cəriməsi gəlir.
Avtosfer.az xəbər verir ki, bu barədə "Xəzər Xəbər"in vatsap qaynar xəttinə müraciət edən Naftalan sakini 75 yaşlı Mobil Babaxanov deyir ki, ona göndərilən cərimə Qəbələ ərazisində qeydə alınıb. Ancaq o, həmin rayonda olmayıb.
Hazırda “Vaz” markalı minik maşını idarə edən sürücü ona “QAZ 24” markalı avtomobilin cəriməsinin gəldiyini deyir. Halbuki heç vaxt belə bir avtomobili olmayıb.
Naftalan sakini məsələnin araşdırılmasını, ona yazılan cərimənin ləğv edilməsini istəyir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirildi ki, məsələnin araşdırılması üçün vətəndaş Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etməlidir. İdarədə araşdırma aparıldıqdan sonra hüquqi qiymət veriləcək.
Daha ətraflı videomaterialda.
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO











