Velosiped qəzaları: ölümdən qurtarmaq üçün nə etməli?

“Velosipedçilərin iştirakı ilə baş verən yol qəzaların qarşısını almaq üçün üçün hər hərəkət iştirakçısı diqqətli və məsuliyyətli olmalıdır”.
Bu barədə mətbuatın sorğusuna cavab olaraq, Bakı şəhər DYPİ-nin inspektoru, polis baş leytenantı Pərvanə Muravova bildirib ki, bu sahədə qeydə alınan qəzaların mütləq əksəriyyəti intizamsızlıqdan və ehtiyatsızlıqdan baş verir. Bunun qarşısını almaq üçün velosipedçilər mövcud qayda və tələblərə əməl etməlidir.
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 38, İnzibati Xətalar Məcəlləsinin isə 338-ci maddəsində velosipedçi və moped sürənlərin məsuliyyətindən bəhs olunur. Velosipedi nasaz vəziyyətdə idarə etməyə, işıqforun qirmızı işığında keçməyə, dəbilqəsiz, texniki cəhətdən nasaz velosiped sürməyə, ümumi istifadədə olan yollarda qoruyucu vastələrdən istifadə etməməyə və piyadalara yol verməməyə görə 40 manat cərimə tətbiq olunur.
Velosipedçilər qeyd olunan qanunda tələb olunan qaydalara riayət etməlidirlər. Xüsusən, valideynlər bu məsələdə diqqətli olmalıdırlar. Uşaqlara nəzarət etməlidirlər ki, məhəllə yollarından avtomobil yoluna çıxmasınlar. Nəzərə almaq lazımdır ki, velosiped sürənlərin əksəriyyəti yeniyetmələr və gənclərdir.
Təhlil və arşdırmalar göstərir ki, velosiped idman növü ilə məşqul olanlar və peşəkar sürücülərdən başqa əksəriyyət qaydalara əməl etmir. Bu ilin 6 aylıq statistikasına görə, respublika üzrə velosipedçilərin iştirakı ilə 21 qəza baş verib. Nəticədə 8 nəfər həyatını itirib, 21 nəfər yaralanıb.
Velosipedçilər nizamlayıcı vastələrin tələbləri üzrə və onlar üçün ayrılan yerlərdə, eləcə də təhlükəsizliyi təmin etmək şərtilə, həmçinin idarə etdiyi velosipedlərin üzərində təhlükəsizliyi təmin etmək üçün qoruyucu vastələrdən istifadə etməlidir. Təəssüflər olsun ki, bu tələblər velosiped idarə edənlər tərəfindən yerinə yetirilmədiyi üçün baş verən qəzalarda ölüm və ağır yaralanmalar qaçılmaz olur.
Tərəfimizdən bu istiqamətdə geniş və maarifləndirici reyd-profilaktik tədbirlər həyata keçirilir ki, hər bir hərəkət iştirakçısı mövcud qayda və tələblərə əməl etsinlər. Bu tədbirlərdə əsas məqsəd hərəkət iştirakçılarının diqqət və məsuliyyətini artırmaqdır.
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO











