W hərfini necə oxuyaq və ya “Hoşonun qabağı”

W hərfinin [ş] kimi səslənməsini kimin icad etdiyini bilmirəm, amma bu səhv dilimizdə özünə status qazanıb. Sosial şəbəkədə yazışmalar bir yana, dəfələrlə əl yazısında ş səsini ifadə etmək üçün W işarəsindən istifadə edənlərə rast gəlmişəm. İş burasındadır ki, heç bir latın əlifbalı dildə W işarəsi [ş] səsini vermir.
Bu günlərdə rastlaşdığım bir hadisə ilə insanların işi ciddiyə aldığına əmin oldum.
Xocəsən stansiyasının qarşısında “HOWO” adlı mağaza yerləşir və Çinin eyni markalı texnikasının detallarını satmaqla məşğuldur. Mağazanın qarşısındakı dayanacaqda duran orta yaşlı şəxs telefonla kiməsə dedi ki, “Hoşonun qabağındayam”.
Görünür xəttin o başındakı şəxs söhbətin nədən getdiyini bilmədi. Bu dəfə danışan şəxs “Xocəsənin qarşısındayam” dedi və məsələ həll olundu.
Bəli pis budur ki, əvvəlcə mesajlaşmada başlayan W xətası indi danışığa da sirayət edib.
Qeyd: Məsələ ilə bağlı çinli istehsalçıya və ya Xocəsəndəki mağazaya heç bir iradımız yoxdur. Adın səhv oxunması onların təqsiri deyil.
Vüqar Yaşaroğlu
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı













