Xaricdən gətirilən avtomobillərə müdaxilə edilir? - Nələrə diqqət edək? - VİDEO

Avtomobillərin qiymətlərini süni şəkildə artırmaq üsullarından biri də onun kilometrajının geri çəkilməsi, yəni yürüş məsafəsinin azaldılmasıdır. Ustalar hesab edirlər ki, geri çəkilmiş yürüş təkcə saxtakarlıq deyil, həm də yolda qəsdən fövqəladə vəziyyətlər yaratmaqdır.
Bəs avtomobil alan şəxs belə hallarla üzləşməmək üçün nə etməlidir?
Avtosfer.az-ın məlumatına görə, bəzi avtomobillərin vinkodu var, amma yoxlayanda heç bir məlumat çıxmır.
Xaricdən gətirilib ölkəmizdə satılan bəzi avtomobillərdə belə problem aşkarlanır.
Ustalar deyirlər ki, bəzi işbazlar uzun müddət istifadə edilən, vuruğu olan avtomobilləri rahat satmaq üçün bu üsuldan istifadə edirlər.
Belə hallara ən çox da Amerika və Koreya bazarından satış məqsədilə gətirilən avtomobillərdə rast gəlinir. Yürüşü çox olduğundan, alverçilər ucuz qiymətə aldıqları həmin nəqliyyat vasitələrini ölkəyə gətirib kilometrajını azaltmaqla satışa çıxarırlar. Hətta 15-17 dollar ödəyərək avtomobilin keçmişini də sildirirlər ki, alıcı məsələdən xəbərsiz qalsın.
Avtomobil elektriki Xaliq Əliməmmədovun sözlərinə görə, avtomobillərin keçmişi ilə bağlı məlumatlar bir çox saytlardan silinsə də, servisində qalır.
Xaliq Əliməmmədov deyir ki, xüsusi texniki müayinədən sonra bəzi avtomobillərin kilometrajının nə qədər geri çəkildiyini də müəyyən etmək mümkündür.
Ustalar deyirlər ki, avtomobilin yürüş məsafəsinin böyük olması gələcəkdə texniki problemlərin ortaya çıxa biləcəyindən xəbər verir. Bu da avtomobilin satış qiymətini aşağı salır. Buna görə də avtomobili satışa çıxaran bəzi şəxslər kilometrajı saxta yolla geri çəkməyə və maşının qiymətini artırmağa çalışırlar. Odur ki, avtomobil alarkən bu nüansların yoxlanılması vacibdir.
Daha ətaraflı videomaterialda.
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO










