Xaricdən işlənmiş avtomobil alanları BELƏ ALDADIRLAR - VİDEO

Xaricdən avtomobil gətirənlərin sayı artdıqca aldadılma halları da çoxalır. Üstəlik bu dəfə daha peşəkar və inandırıcı üsullardan istifadə olunur.
Avtosfer.az xəbər verir ki, avtomobil ustası Dəniz Ağabəyli deyir ki, xarici bazarlardan nəqliyyat vasitəsi alarkən şəxslər əsasən onun yürüş məsafəsinə diqqət edirlər. Adətən alış və çatdırılma işini vasitəçi şirkətlər edirlər ki, onların da bəziləri sifarişçini aldatmaq məqsədilə müxtəlif üsullara əl atırlar.
Onun sözlərinə görə, bəzi şəxslər avtomobili kosmetik cəhətdən yeniləyib,bəzi detallarını dəyişməklə alıcını tamamilə inandırmağa nail olurlar. Ancaq peşəkar mühərrik ustaları və dəmirçilər avtomobilə baxış keçirən zaman onun yaşını müəyyənləşdirə bilirlər.
Usta onu da əlavə etdi ki, xaricdən avtomobil gətirmək istəyən şəxslər inandıqları ustalara və peşəkar servis xidmətlərinə müraciət edə bilərlər. Əgər nəqliyyat vasitəsi alqı-satqı edilərək, şəxsin adına sənədləşdirilirsə, ortaya çıxan problemlərin həlli də alıcının öz üzərinə düşəcək. Bu da ucuz avtomobil almaq arzusunun baha başa gəlməsinə səbəb olur.
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO










