Banner

Xilaskar polis

Yazarlar 21 May 2015 19:16 Oxunub 2359
Xilaskar polis
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Odu ram edən FHN-çilər və polis

Həyəcanlı gün idi, paytaxt Bakı tüstüyə qərq olmuşdu. Tez-tez dəyişən informasiya xəbərləri baş verən dəhşəti bütün çılpaqlığı ilə tirajlayırdı. Həyəcanla baş verənlərə müdaxilə etmək üçün dovlət nümayəndələri - fövqəladə hallar, polis hadisə yerində o dəhşət icində alovlanan məkana yeriyir, biri alovu söndürür, digəri mənzillərdə kömək gözləyən vətəndaşları axtarırdı. Hər şey unudulmuşdu, təki vətəndaş xilas edilsin. 

Bütün gözlər bir ünvana - xilaskarlıq missiyasını üzərinə götürən polis və fövqəladə hallara dikilib, onlardan imdad gözləyirdi. O dəhşətli odun içindən "kömək edin", "yanırıq", "bizi xilas edin" nidalarla ucalan səsin içində görünən o idi ki, dövlət bütün imkanları ilə səfərbər olunub. Alov bürüyən mənzillərdə xilaskarlıq missiyasını üzərinə götürən şəxslərin davranışları o qədər gözlənilən, o qədər gərəkli idi...

Bu dəhşətlərin içərisində o xilasedicilərin "tərcümeyi-halı" cəmiyyət üçün yenidən vərəqləndi, yenidən canlandı. Alovun içərisindən qucağında körpə ilə bayıra atılan, yaralı vətəndaşı öz kürəyinə alaraq odun içərisindən çıxaran o insan da vətənin övladıdır, bu vətənin vətəndaşıdır. Bu dəhşətin içərisində qürur verən, bu dəhşətin içərisində təskinlik tapdığımız vətəndaşı olduğumuz Vətən övladlarının fədakarlığı oldu. Vətəndaş üçün bu kömək vətənin içindən gəlirdi, bu köməyi Vətənin öz övladları edirdi...

Bir həqiqət var: Arxalanaq, İnanaq!!!

Baş verən o dəhşətlər içərisində xilasediciləri yalnız cəmiyyətin qanunlara hörmət edən çoxluğu yox, hamı səsləyirdi, hamı axtarırdı. Ancaq bəzilərinin bunu təsdiq etməyə ədaləti, ola bilsin ki, cəsarəti çatmadı. Tirajlanan və başqalaşdırılan vəziyyət o qədər ağrı yaradır ki, insanların faciəsi də az qala siyasi alətə çevrildi. Bir həqiqət unuduldu ki, xilasedici polisin də, fövqəladə halların da fəliyyəti nə qədər təftiş edilsə də, cəmiyyətdə bir fikir hakim oldu: xilasedicilər dövlətə, xalqa və xidməti borca sədaqətlidir. Ekstremal şəraitdə köməyə ehtiyacı olanları, xüsusilə qadın və uşaqları, qoca, xəstə və əlilləri köməksiz qoymayan xilasedicilər bu missiyasını fədəkarcasına yerinə yetirdilər. 

Sadalanan bu keyfiyyətlər cəmiyyətimiz üçün o qədər dərin məna kəsb edir ki, təhlükə baş verdikdə ilk yada düşən polis olur, axtarılan polis olur, gözlənilən polis olur. Bu halda polis həm də qanuna tabe olur və qanuna uyğun hərəkət edir. Elə ənənələr var ki, onlar cəmiyyət və dövlət üçün əsas məqsəd daşıyır. Deyək ki, insanı qorumaq kimi üstün vəzifələr daşıyan polis qanun yolunda qəhrəmanlıqlar, fədəkarlıqlar göstərən ilk sipərdir. Bu ənənələr, vətənpərvərlik fədəkarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır ki, bu insanın üzərinə düşən vəzifələrin icrasında inam hissini gücləndirir, şəxsi keyfiyyələri formalaşdırır. Azərbaycan polisinin yaranmasının 95-ci ildönümünə həsr olunan mərasimdə Prezident İlham Əliyev vurğulayıb ki, bütövlükdə cəmiyyətdə polis orqanlarına münasibət cəmiyyətin, ümumiyyətlə inkişaf səviyyəsini göstərir: "Polis orqanlarına cəmiyyətdə çox böyük hörmət olmalıdır və bu hörmət polis orqanları tərəfindən qazanılmalıdır. Polis orqanlarının əməkdaşları özlərini insanlarla təmaslarda elə aparmalıdırlar ki, onlara hörmət daha da çox olsun. Polisə olan hörmət dövlətə olan hörmətdir. Polis əməkdaşları qanunun keşiyində dayanırlar. Polis əməkdaşları cinayətkarlığa qarşı mübarizə aparırlar. Onlar öz həyatlarını risk altına qoyurlar və vətəndaşlar bunu unutmamalıdırlar. Yəni, cəmiyyətin, ölkəmizin rahat, təhlükəsizlik şəraitində yaşamasını polis orqanları təmin edirlər".

Niyə polis xidməti borcun yerinə yetirilməsi zamanı cəsur, qorxmaz və qətiyyətli olmalıdır? Ona görə ki, başqalarının həyat və sağlamlığını təhlükədən xilas etmək polisin əsas vəzifələri sırasındadır ki, cəmiyyət onu qorumağa məsul olan qüvvəyə inam və etimad göstərir. Son dərəcə ciddi, ağır, məsuliyyətli, eyni zamanda da təhlükəli olan bu peşə sahibləri bütün cəmiyyətlərdə insanların dayağı, güman yeridir. İdarəçilik və təşkilatçılıq fəaliyyətinə effektiv nəzarət mexanizminin mövcud olduğu polis orqanlarında normativ-hüquqi tələblər qarşısında hər bir əməkdaşın öhdəçiliyi var. Ölkədəki qanunçuluğun davamlı olması üçün asayişin mühafizəsinin peşəkarlıqla həyata keçirilməsi, şəxsi heyətin nizam-intizamından asılı olduğuna görə, hüquq-mühafizə orqanlarının digər sahələrinin rolunu qətiyyən azaltmadan deyə bilərik ki, Azərbaycan polisi bu ənənələri yaşadır və qoruyur. Bu adi vərdiş deyil, çünki bunun kökündə polis orqanlarının iş prinsipində Vətəndaş amili əsasdır. 

Vətəndaş birliyinin hər bir ölkənin inkişafı üçün əsas şərti olduğundan bu məqsəd uğrunda Azərbaycan polisi üzərinə düşən vəzifələri yüksək peşəkarlıqla icra edir. Mümkündür ki, kimlər üçünsə bu adi, qanunauyğun hal olsun. Lakin real həqiqətlər təsdiq edir ki, dövlət nümayəndəsi olan polis Vətəndaş maraqlarının keşiyində dayanmaqla, onun yolunda canın da əsirgəmir. Bu yol dövlətin yoludur, insanlığın yoludur...

 

 

Elşad HACIZADƏ

[email protected]

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh