Xırdalanda kanalizasiya quyularına dəmir əvəzinə daş "qapaq"lar qoyulur - VİDEO

Xırdalan şəhəri 28-ci məhəllədə kanalizasiya qapağının əvəzinə daş "qapaq" qoyulub. Avtosfer.az-ın məlumatına görə, bu barədə Milli.az-a müraciət edən sakinlər bildiriblər ki, əvvəl dəmir qapaq olub və daha sonra götürülüb. "Uzun müddət kanalizasiya quyusu qapaqsız qaldı, hətta bir dəfə balaca bir uşaq da ora düşmüşdü. Şikayətlərdən sonra isə bir ay əvvəl dəmir qapaq əvəzində daş "qapaq" gətirib qoydular. Bu da əlavə problem yaradır, maşınla keçmək üçün çox az bir yer qalır və çox vaxt sürücülər onu görmürlər və kiçik qəzalar edirlər. Uşaqlar da məhlədə oynayarkən diqqətsizlik edib daş "qapağ"a ilişib yıxılırlar. Bir neçə dəfə Abşeron Rayon Sukanal İdarəsinə müraciət etmişik, xeyri olmadı".
Digər bir sakin isə bildirib ki, bir il əvvəl dəmir qapaq oğurlandı. "İndidə idarə daş qapaq qoydu, yəqin fikirləşirlər ki, belə etsələr oğurlanmaz".
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










