Xırdalanda küçəni su basdı; yolu nə piyada, nə də avtomobil keçə bilir - VİDEO

Abşeron rayonu Xırdalan şəhəri Həsən bəy Zərdabi küçəsi yağışdan sonra keçilməz vəziyyətə düşüb.
Avtosfer.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya həmin ünvanda yaşayan sakinlər müraciət ediblər.
Ərazidən videogörüntülər təqdim edən sakinlərin sözlərinə görə, küçədən sel axır, yolu nə piyada, nə də avtomobillə keçib getmək mümkündür.
Problemlə əlaqədar Abşeron Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, sözügedən hadisə ərazinin kanalizasiya xəttindəki su ötürücüsündəki qəza səbəbindən baş verib:
“Buna görə də nasosların fəaliyyəti məcburi şəkildə 1 saat ərzində dayandırılıb. Çox qısa zamanda baş vermiş qəzanın nəticələri aradan qaldırılıb, bununla da nasoslar tam gücü ilə istifadəyə verilib. Artıq yaranmış problem aradan qaldırılıb”.




Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...











