Xırdalanda parklanma ərazisini kim zəncirləyib? - VİDEO

Abşeron rayonu, Xırdalan şəhəri, 21-ci məhəllədəki sakinlər yaşadıqları binanın ərazisində yaranmış vəziyyətdən narazıdırlar.
Avtosfer.az xəbər verir ki, onların sözlərinə görə, bina sakinlərinin ümumi istifadəsi üçün nəzərdə tutulmuş yol parklanma yeri kimi zəncirlənib və bu, hərəkəti ciddi şəkildə məhdudlaşdırır.
"Özlərinə parklanma sahəsi yaradıblar. Ailə, uşaq ayağını qaldırıb zəncirlərin üstündən keçməli olur. Bəzən uşaqların ayağı ilişib yıxılırlar", - deyə sakinlərdən biri söyləyib.
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən (RİH) bildirilib ki, sözügedən ünvanda salınan parklanma sahəsinə dair heç bir dövlət qurumu tərəfindən hər hansı icazə sənədi verilməyib. Əraziyə RİH əməkdaşları baxış keçirib, parklanma sahəsinə dair icazəverici sənədlər əldə olunmadan işlərin aparılmasının mümkünsüzlüyü barədə MTK sahibinə xəbərdarlıq ediblər:
"Əlavə olaraq bildiririk ki, aparılan qeyri-qanuni işlər barəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə məlumat verilib".
Ətraflı Baku TV-nin süjetində:
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...











