Banner

Yararsız qalıb küçələrə səpələnən baryerlərlə bağlı - AYNA-dan RƏSMİ AÇIQLAMA - FOTO

Avtosfer Foto 8 Yanvar 2025 19:21 Oxunub 830
Yararsız qalıb küçələrə səpələnən baryerlərlə bağlı - AYNA-dan RƏSMİ AÇIQLAMA - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"Müşahidələr onu deməyə əsas verir ki, sözügedən baryerlər qoparılaraq kənara atılıb. Bu hüquqazidd əməllər obyektlərin qarşısında avtomobillərini saxlamaq istəyənlər, xüsusən axşam saatlarında velosiped zolağında parklanma zonaları yaradaraq qanunsuz ödəniş alanlar, bəzi hallarda isə ərazidə yaşayan sakinlər tərəfindən törədilir".

Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Məlumatda qeyd olunur ki, avtomobillərlə bağlı yarana biləcək münaqişəli məsələlərin aradan qaldırılması üçün mikromobillik zolaqları boyunca təhlükəsizlik sədləri quraşdırılır:

"Müxtəlif zamanlarda nəqliyyat vasitələrinin təsiri nəticəsində bu sədlər zədələnir, bəzi hallarda isə müxtəlif şəxslər tərəfindən məqsədli şəkildə yol səthindən qopardılaraq kənara atılır. Dövlət əmlakına ziyanın vurulması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət də olunur.

Qeyd edək ki, bu sədlər zədəyə davamlı materialdan hazırlandığından təkrarən yerlərinə bərkidilir".

***

Bakı şəhəri, Şəmsi Bədəlbəyli küçəsində yerləşən velosiped zolaqlarının kənarına quraşdırılan baryerlər yararsız hala salınaraq, ətrafa səpələnib.

Xatırladaq ki, bu baryerlər minik avtomobillərinin və avtobusların velosiped zolağına daxil olmasının qarşısını almaq üçün müxtəlif küçə və prospektlərdə quraşdırılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh