Yasamalda meşəlik məhv edilir? - Qurumdan AÇIQLAMA - VİDEO

Kənar Dairəvi yolun Yasamal rayonu ərazisindən keçən hissəsindəki meşəlik ərazidə ağacların əhəmiyyətli hissəsi quruyub və bəziləri kökündən aşıb.
Avtosfer.az xəbər verir ki, ekofəallar iddia edirlər ki, ağaclar yaxınlıqda fəaliyyət göstərən tikinti şirkətlərindən biri tərəfindən məqsədli şəkildə qurudulub.
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən bildirildi ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən sözügedən beş hektarlıq ərazidə 161 qurumuş və qəzalı vəziyyətdə olan ağaca rəy verilib.
Ərazidən götürüləcək 161 quru ağacın yerində Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən iqlimə xas 300-ə yaxın müvafiq cinsli tinglərin əkilməsinə başlanılacaq.
Hazırda isə birliyin əməkdaşları tərəfindən qurumuş ağacların götürülməsi prosesi həyata keçirilir.
Qeyd olunub ki, təsdiq olunmuş layihəyə əsasən, sözügedən ərazidə abadlaşdırma işləri aparılacaq, burada velosiped yolları, uşaqlar üçün oyun meydançaları nəzərdə tutulan park qurulacaq. Heç bir tikinti fəaliyyətindən söhbət gedə bilməz.
Ətraflı Baku TV-nin süjetində:
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO











