Yasamalda səki PROBLEMİ - Hər tərəfdə obyektlər tikilib - VİDEO

Səki yoxdur, olan hissələrdə də müxtəlif obyektlər tikilib.
Avtosfer.az xəbər verir ki, görüntülər paytaxtın Yasamal rayon akademik Şəfayət Mehdiyev küçəsindəndir. Yolun səki olan hissəsində iaşə obyektləri, gül mağazası və avtoyuma məntəqəsi fəaliyyət göstərir. Sakinlər deyirlər ki, nəqliyyatın intensiv hərəkət etdiyi saatlarda küçədən keçmək müşkülə çevrilir. Bura da həm avtomobillər yuyulur, həm də onların üst başı batır.
Avtoyuma məntəqəsində çalışan şəxs deyir ki, burada avtomobillər onlar üçün ayrılmış xüsusi bokslarda yuyulur. Avtoyuma məntəqəsinin icarədarı isə bildirir ki, 2013-cü ildən adıçəkilən ünvanda çalışırlar və Şəfaət Mehdiyev küçəsinin bəzi yerlərində səki əvvəldən olmayıb.
Məsələ ilə bağlı Yasamal rayon İcra Hakimiyyətinə müraciət etdik.
Qurumdan bildirildi ki, Şəfayət Mehdiyev küçəsinin Tbilisi prospektindən Landau küçəsinədək olan hissəsində 2019-cu ildə yenidənqurma işləri aparılıb. Küçənin 800 metrlik bu hissəsi tam yenidən qurulub. 18 metr enində 4 cərgəli avtomobil yolu da vətəndaşların istifadəsinə verilib. Bundan başqa küçənin digər tərəfində sakinlərin təhlükəsiz gediş-gəlişi üçün səki istifadəyə verilib, dayanacaqlar quraşdırılıb, yol nişanları ilə təmin olunub.
Ətraflı videomaterialda.
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO











