Banner

"Yeni tarif dəyişikliyindən sonra ictimai nəqliyyatda inkişaf gözlənilir" - AÇIQLAMA

Yazarlar 1 İyul 2024 16:43 Oxunub 598
"Yeni tarif dəyişikliyindən sonra ictimai nəqliyyatda inkişaf gözlənilir" - AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İctimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib.

Qərara əsasən avtobus və metro sərnişin daşımalarının qiyməti 50 qəpik müəyyən edilib.

Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı danışan nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, yeni tarif dəyişikliyindən sonra ictimai nəqliyyatda inkişaf gözlənilir. Çünki daşıyıcı şirkətlər kifayət qədər zərərdədirlər və borc içindədirlər. Bir avtobus təxminən 600min manat dəyərindədir. 600 min manat dəyəri ödəmək asan deyil. Vaxtilə 600 min manata iki-üç avtobus almaq mümkün idi. Məsələn, snc sıxılmış qazla işləyən avtobusdan söhbət gedirsə, 300 min manat civarında idi və indiki avtobusların qiyməti ilə ikisini almaq olurdu.Xərclər artdıqca gediş haqqı da ona uyğun tənzimlənir:

"Yeni tarif dəyişikliyindən sonra ictimai nəqliyyatda inkişaf gözlənilir. Çünki daşıyıcı şirkətlər kifayət qədər zərərdədirlər və borc içindədirlər. Xüsusən pandemiyadan sonra bu proses daha qabarıq şəkildə özünü göstərdi. Nəticə etibarilə o şirkətlərin bir çoxu borcdan inkişaf edə bilmir və dövlət tərəfindən onların üzərinə vəzifə qoyulub. Bu vəzifənin də tələbləri budur ki, həmin şirkətlər müasir, komfortlu avtomobillər gətirməli, insanlara daha keyfiyyətli xidmət göstərməlidir və belə bir formatda daşıyıcı şirkətlər çətin vəziyyətdə qalırlar. Səbəb odur ki, son illər avtomobil sektorunda kifayət qədər qiymət artımı baş verib. Ən çox ehtiyat hissələri, sürtkü yağları, yanacağın bahalaşmasına baxmayaraq, ictimai nəqliyyatda gediş haqqı təxminən eyni qalıb. Bu daşıyıcı şirkətlər özəldir və özəl şirkət olaraq onların inkişaf etmək imkanları məhdudlaşır.Əvvəl ictmai nəqliyyatda vəziyyət başqa idi. Gündəlik plana verilən avobuslar artıq iki sürücü tərəfindən istfadə olunur. Sürücülərin iş və istirahət rejimi nəzarət altında aparılır. Düzdür, hələ də neqativlər var. Amma inkişaf artıq baş verir və bu proses mərhələli şəkildə davam edir. Daşıyıcı şirkətlər qarşısına tələblər irəli sürülür ki, yeni və komfortlu avtobuslar alsınlar. Daha çox elektrikli avtobuslardan söhbət gedir. Elektrikli avtobusların qiyməti kifayət qədər bahadır. Bir avtobus təxminən 600min manat dəyərindədir. 600 min manat dəyəri ödəmək asan deyil. Vaxtilə 600 min manata iki-üç avtobus almaq mümkün idi. Məsələn, snc sıxılmış qazla işləyən avtobusdan söhbət gedirsə, 300 min manat civarında idi və indiki avtobusların qiyməti ilə ikisini almaq olurdu. Ona görə qiymət daşıyıcı şirkətlər irəli sürülən təkliflər əsasında oldu. Daşıyıcı şirkətlər arqument ortaya qoydular ki, qiymət artımı təxminən 60 -70 qəpik civarında omalıdır. Çünki mövcud şərtlər və tələblər onu deməyə əsas verir. Onlar hesablayır ki, Bakı şəhərində bir sərnişinin daşınma xərci təxminən o qiymətə gəlib çıxır. Ancaq qiymət dövlət tərəfindən tənzimləndiyi üçün o qədər artım olmadı. Bakı-Sumqayıtda artıma gəldikdə düzünü desək, Bakı-Sumqayıt arasında indiyə kimi normal ictimai nəqliyyat olmayıb. Son dövrlərə qədər cəmi 5 avtobus var idi, onun da bir çoxu günün müəyyən hissələri xətdə olmurdu. Sərnişinlərin 70 faizi manatlıq taksi və özəl maşınlarla hərkət edir. Onların da daşınmasının xərci 1 manat 50 qəpik -2 manat civarındadır.İndi Bakı-Sumqayıt arasında sərnişin daşıma 70 qəpik müəyyənləşib. Bakı mərkəzində bir çox istiqamətdə məsafəyə görə 40 qəpik-50 qəpik müəyyənləşdirilmişdi. Çox az hissəsi 40 qəpik qalmışdı. Onun da hamısını 50 qəpik etmək daşıyıcı şırkətlərə dəstəkdir. Metro isə illərdir zərələ işlədiyini açıqlayır. Yeni vaqonlar alınmalı, yeni stansiyalar tikilməlidir. 20-27 stansiyamız var, 60-a yaxın stansiya tikilməlidir. Xərclər artdıqca gediş haqqı da ona uyğun tənzimlənir".

(big.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh