"Yol elə çəkilməlidir ki, su axını düzgün istiqamətə yönəlsin" - MİLLƏT VƏKİLİNDƏN AÇIQLAMA

Yazarlar 28 Oktyabr 2024 21:00 Oxunub 158
"Yol elə çəkilməlidir ki, su axını düzgün istiqamətə yönəlsin" - MİLLƏT VƏKİLİNDƏN AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda yollarda kanalizasiya sistemlərinin, su borularının düzgün işləmədiyini yağış yağan kimi yaranan fəsadlardan bilmək olur. Maraqlıdır ki, paytaxtda bir sıra işlər görülür, yeni yollar çəkilir, asfalt örtükləri yenilənir, ancaq nədənsə yağış kollektorları həmin yollardakı suları çəkib aparmır.

Bəs bu baxımdan hansı işlər görülməlidir ki, yağış paytaxtı Venesiyaya çevirməsin?

Avtosfer.az-ın məlumatına görə, məsələ ilə əlaqədar millət vəkili Asim Mollazadə Redaktor.az-a açıqlamasında vurğuladı ki, ilk növbədə kanalizasiya sisteminin düzgün işləməsini və su axınını düzgün istiqamətə yönəldən yol örtüyünü müvafiq araşdırmalarla müəyyənləşdirmək lazımdır ki, belə faciələr təkrar olunmasın:

"Mənə elə gəlir ki, mütəxəssislər bu istiqamətdə işləməlidirlər. Bununla yanaşı, Bakının kanalizasiya sistemində zəruri dəyişikliklər həyata keçirilməlidir. Mənə elə gəlir ki, bu istiqamətdə kifayət qədər peşəkar iş tələb olunur. Çünki indiki mövcud vəziyyət qənaətbəxş deyil".

Deputat yolların yenilənməsinin yağış kollektorlarına təsiri barədə də fikirlərini qeyd etdi. Onun sözlərinə görə, sistem işləməlidir ki, yol örtüyü kanalizasiya üçün fəsad yaratmamalıdır:

"Kanalizasiya sistemi özü, zənnimcə, lazımi vəziyyətdə deyil. Yol örtüyü isə elə inşa olunmalıdır ki, su axını düzgün istiqamətə yönəlsin. Burada da peşəkarlıq lazımdır və mütəxəssislərin sistemli yanaşmasına ehtiyac var".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh