Yol kənarlarındakı qoruyucu səddlərin dövrü keçibmi? - FOTO

Yol kənarlarındakı qoruyucu sədlər əksər ölkələrdə yolların ayrılmaz atributudur. Onlar həm də praktikliyi ilə seçilir.
Avtosfer.az-ın xəbərinə görə, bu sədlər qəza zamanı nəqliyyat vasitəsinin yoldan çıxmasına imkan vermir. Eyni zamanda, qruyucu sədlə toqquşma yol kənarındakı cisimlə, məsələn ağacla və ya elektrik dirəyi ilə toqquşmaqdan daha az risk yaradır. Müasir avtomobillər ağacla toqquşma zamanı avtomobildəkiləri qoruya bilməsə də, mühafizə səddi ilə toqquşmada ölüm və xəsarət riski azdır. Digər tərəfdən, zədələnmiş metal baryeri yeniləmək asandır. Beton sədlər isə praktik olaraq dağılmır.
Lakin Almaniya Sığortaçılar Assosiasiyasının son tədqiqatları göstərir ki, qoruyucu sədlər son illərdə qoruyucu funksiyasını tam yerinə yetirə bilmir. Səbəb sadədir: 70-ci illərdə layihələndirilmiş bu sədlər 3 kateqoriya avtomobil üçün nəzərdə tutulub: 900, 1 300 və 1 500 kq. İndi əksər yuxarı sinif avtomobillərin kütləsi 1 600 kiloqramdan çoxdur. SUV katerqoriyalı avtomobillər isə (danışıq dilində cip) 2 tondan ağırdır.
Ağırlıq mərkəzi yüksək, kütləsi böyük avtomobillər qəza zamanı metal səddi dağıdır. Ciplər isə qəza zamanı beton sədlərin üzərinə çıxır.
Sığortaçılar çıxış yolu kimi sədlərin daha hündür hazırlanmasını təklif edirlər. Onların fikrincə metal profillərin qalınlığı artırılmalıdır.
Kraş test zamanı məlum olub ki hündür baryerlər kiçik bucaq altında zərbə zamanı ölüm və xəsarəti minimuma endirir.
Azərbaycana gəldikdə isə, bizdə metal profillər daha böyük risk yaradır. Yol kəsişmələrində çox vaxt gecə saatlarında sürücülər bu profillərə başlanğıc nöqədə (yəni böyük bucaq altında) çırpıldığı üçün qəza zamanı avtomobil yumşaq desək cırılır. Bir sözlə, metal profil qoruyucu səddə deyil, ölüm mənbəyinə çevrilir. Xüsusən də gecə saatlarında və işıqlandırılmayan yollarda.
Vüqar Yaşaroğlu

"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










