Yol kəsişməsində diqqətsizlik hansı problemlər yarada bilər? - VİDEO

"Necə olmalıdır?" rubrikasının növbəti buraxılışı yayımlanıb.
Avtosfer.az "Baku TV"yə istinadən xəbər verir ki, bu dəfə paytaxtın Azadlıq prospekti ilə Süleyman Sani Axundov küçəsinin kəsişməsində yol hərəkətinin təşkilindəki uyğunsuzluq və sürücülərin yol nişanlarına əməl etməməsi məsələsinə diqqət yetirilib. Bildirilib ki, son xətlənmə işlərindən sonra sözügedən kəsişmədə sola hərəkət üçün iki, düzünə hərəkət üçün isə bir zolaq ayrılıb. Buna baxmayaraq, bəzi sürücülər düzünə hərəkət zolağından istifadə edərək sonradan sola - "Azadlıq" stansiyası istiqamətinə dönürlər. Halbuki həmin hissədə məcburedici "düzünə" nişanı tətbiq edilsə, bu cür manevrlərin qarşısı alına bilər. Qeyd olunan ərazidə diqqətçəkən başqa bir məqam isə yolayrıcına çatmamış hissədə avtobuslar üçün qoyulmuş məcburedici sağa dönmə nişanına əksər hallarda əməl olunmamasıdır. Sağa doğru hərəkət üçün iki zolaq ayrılsa da, bu sahəyə eyni anda yalnız bir avtobus yerləşə bilir.
Daha ətraflı videomaterialda:
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...
Taksi sürücüləri psixoloji müayinədən də keçiriləcək? - AÇIQLAMA











