Yol nişanlarını sözlə yazmağa ehtiyac varmı? - FOTO

Azərbaycan vətəndaşı Hicran Quliyev facebokk sosial şəbəkəsində yol hərəkəti qaydalarına aid Türkiyədə çəkdiyi fotoşəkil paylaşıb. O, qeyd edib ki, Türkiyədə "2.4 - Yol ver" nişanı şəkildə gördüyünüz kimidir. Nişanın altında yazı ilə də qeyd olunub "Yol ver". Maraqlıdır, nə ehtiyac var ki, nişanın tələbi sözlə də ifadə olunsun?
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov həmin məsələyə belə şərh verib ki, dünyanın bütün dövlətlərində tətbiq olunan yol nişanları 1968-ci il "Yol nişanları və siqnalları haqqında" Konvensiya ilə müəyyən edilib. Bu nişanların mütləq əksəriyyəti hər kəsin ən asan başa düşə biləcəyi və nişanın mənasını daha konkret ifadə edəcək rəmzlərdən (təsvirdən) və qrafiki tərtibatdan ibarətdir. Ona görə də nişana əlavə olaraq söz yazmağa ehtiyac yoxdur, çünki nişanlar dünyanın istənilən dilini bilən və başqa dilləri bilməyən insan üçün anlaşılan olmalıdır. Əksinə, belə sözlər türk dilini bilməyən sürücünü çaşdıracaq: «Çünki sürücü fikirləşəcək ki, nişanın altındakı əlavə yazı görəsən nə deməkdir. Türk qardaşlar belə etməkdə bəlkə də zarafat ediblər».
Fidan
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












